Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, 44 yaşlı Marçio Matolias dəniz kənarında böyüyüb və həyatını onun sahilində keçirib.
O, qumdan tikdiyi kiçik qəsrdəki həyatından çox razıdır. İnsanlar onu "Çimərlik kralı” adlandırırlar. Onun taxtı, tacı, hətta "hökmdarlıq əsası” da var.
Matoliasın sevdiyi 3 məşğuliyyəti var – mütaliə, qolf və balıq ovu. Onun qum evində xeyli kitab mövcuddur.
"Kommunal xidmət haqqı və icarə pulu vermirəm. Mənə belə yaxşıdır. Qum istinin qarşısını alır. Bəzən gecələr burda qala bilmirəm və dostumun evində gecələyirəm. Lakin dənizin yaxınlığında yatmaq xoşuma gəlir”, – deyə o bildirib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !