"Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Ağdam, Füzuli və Cəbrayıl rayonları geri qaytarılır".
ANS PRESS-in məlumatına görə, bu haqda ehtiyatda olan polkovnik-leytenant, hərbi jurnalist Üzeyir Cəfərov xəbər yayıb.
Onun sözlərinə görə, üç rayonun qaytarılması qarşılığında Azərbaycan Avrasiya İttifaqına daxil olacaq.
"Təbii ki, bu, hələlik iddia olaraq qalır, ancaq alınan xəbərə görə, Ermənistan bu haqda öz razılığını verib. Bu razılığın alınmasında Rusiyanın böyük rolu olduğu bildirilir. İndi rəsmi Bakının "bu oyuna" başlayacağı hələ sual altındadır, çünki Rusiyanın məqsədi öz sülhməramlı qüvvələrini 2015-ci ildə Azərbaycana yerləşdirməkdir, bu isə müstəqilliyin itirilməsinə doğru gedən addımdır. Sızan məlumata görə, digər işğal edilən rayonların qaytarılması məsələsi sülməramlı qüvvələrin gəlişindən sonra baş tuta bilər", - deyə hərbi ekspert bildirib.
ANS PRESS