“3+3” formatında növbəti görüş Türkiyədə keçiriləcək

20:45 | 23.10.2023
“3+3” formatında növbəti görüş Türkiyədə keçiriləcək

“3+3” formatında növbəti görüş Türkiyədə keçiriləcək

Xarici işlər nazirlərinin "3+3” (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) formatında növbəti görüşü 2024-cü ilin birinci yarısında Türkiyədə keçiriləcək.

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Tehranda keçirilən görüşdə bildirib.

Regionun baş diplomatları səviyyəsində ilk görüş İranın paytaxtı Tehranda keçirilib.

Bundan əvvəlki ilk görüş Moskvada xarici işlər nazirlərinin müavinləri səviyyəsində 2021-ci ilin dekabrında baş tutmuşdu.

Hər iki görüşdə Gürcüstan iştirakdan imtina etmişdir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti