6 ayda nə qədər adama xüsusi şərtlərlə pensiya təyin edilib? - Rəsmi

11:03 | 02.07.2024
6 ayda nə qədər adama xüsusi şərtlərlə pensiya təyin edilib? - Rəsmi

6 ayda nə qədər adama xüsusi şərtlərlə pensiya təyin edilib? - Rəsmi

2024-cü ilin altı ayında Azərbaycanda xüsusi şərtlərlə pensiya alanların sayı 144,714 nəfər təşkil edir. Bu barədə Dövlət Sosial Müdafiə Fondundan bildirilib. 
 
Bildirilib ki, onların 109,187 nəfəri yaşa, 14,600 nəfəri əlilliyə, 20,927 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alır.
 
Hazırda ölkə üzrə kişilərin pensiya yaşı 65, qadınların isə pensiya yaşı 64 hesablanır. 
 
 Dövlət Statistika Komitəsinin son hesabatına görə, Azərbaycanda 1 milyon 97 min 300 pensiyaçı qeydiyyatda olub. Bu da ölkə əhalisinin 10,8 faizini təşkil edir.
 
Onların 64,2 %-i  yaşa, 23,5  %-i  əlilliyə, 12,3  %-i  isə ailə başçısını itirməyə görə pensiya alır.
 
Təyin olunmuş pensiyaların orta aylıq məbləği 490,7 manatdır.

 
2024-cü il yanvarın 1-nə Azərbaycanda minimum məbləğdə pensiya alanların sayı 34 min 276 nəfərdir. 
 
Gülnar 

 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM