Kanadanın Alberta əyalətinin Calqari şəhərində bir inşaat qəzası zamanı 60 milyon illik fosillər tapılıb (havayla təması birdən kəsildiyi üçün qoruna bilmiş canlı qalıqlarına verilən ümumi addır. Qabıq, sümük, diş, toxum, yarpaq ya da bir heyvan və ya bitki qalığı milyonlarla il əvvəlindəki canlı həyat haqqında məlumat verər. Qalıqları və qalıqlaşmağı araşdıran elm sahəsinə paleontologiya deyilir. Latınca "fodare" qazmaq sözündən törəyib - red.)
Edqar Nernberq adlı Kanada vətəndaşı ev tikmək üçün qazdırdığı yerdə qaya parçaları çıxıb və bəzi şəkillər ortaya çıxıb. Qazıntı işlərini dayandıran Nernberq Calgary Universitetinə müraciət edərək mütəxəssislərin hadisə yerinə gəlməsini xahiş edib.
Fosillərin tapıldığı qayalıqları tədqiq edən Calgary Universitetinin mütəxəssislərindən Darla Zelenitski həmin yerdən 5 balıq fosul çıxdığını və bunların 60 milyon illik tarix olduğunu açıqlayıb. Zelenitski fosillərin Paskapu formasiyası olduğunu, balığın qaya parçaları arasına girərək orada qaldığını deyib.
Alim həmin illərə aid əllərində o qədər də çox fosil nümunəsinin olmadığını bildirib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !