• $ 1.7
  • € 1.9741
  • ₽ 0.021739
  • ₺ 0.0429
  • £ 2.3146

Abbas Abbasov Jirinovskini məhkəməyə verəcək

Abbas Abbasov Jirinovskini məhkəməyə verəcək
21.03.2014 14:38
Ağsaqqallar Şurasının sədri "AzərRos"un həmyerlilərinin hüquqlarını müdafiə edəcəyini deyibRusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (“AzərRos”un) Ağsaqqallar Şurasının sədri Abbas Abbasov Jirnovskiyə cavab verib. ANS PRESS-in məlumatına görə, Ağsaqqallar Şurasının sədri bildirib ki, "AzərRos öz həmyerlilərinin hüquqlarının müdafiəsi üçün mübarizə aparacaq.O, qeyd edib ki, Rusiyanın LDPR partiyasının lideri Vladimir Jirinovskinin çıxışında cinayət elementləri var. "AzərRos Ağsaqqallar Şurasının sədri olaraq, Rusiyadakı azərbaycanlılarının və öz adımdan Vladimir Jirinovskinin ekstremal çıxışı ilə bağlı kəskin təəsüfümü bildirirəm. "AzərRos" belə hərəkətlərin yolverilməzliyini qeyd edir və öz həmyerlilərinin hüquqlarının müdafiəsi üçün mübarizə aparacaq.A.Abbasov qeyd edib ki, Rusiya ərazisində 600 min Rusiya vətəndaşı olan etnik azərbaycanlı, eləcə də təxminən yarım milyon Azərbaycan vətəndaşı yaşayır. Açıqlamaları ilə Jirinovski nəinki bütövlükdə Azərbaycan xalqının, həm də onun seçiciləri və Rusiya vətəndaşı olan öz vətəndaşlarının hüquqlarını pozub. "Bunun üçün də biz Jirinovskinin çıxışı ilə bağlı Dövlət Dumasının etika komitəsinə müraciət edəcəyik və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq onun təqibinin təşkil edəcəyik. Jirinovskinin etdiyi və dediyi hər şey düzgün deyil və hər şeydən öncə Rusiya və orada məskunlaşan xalqalara qarşıdır. Bu əsas məqsədi çoxmillətli Rusiyada xaos və ixtişaş yaratmaq olan ən kəskin təxribatçıdır. Müxtəlif xalqaların milli dəyərlərini təhqir etməklə Jirinovski xalqlararası ədavəti kəskinləşdirir". "AzərRos" Vladimir Jirinovskinin son kütləvi çıxışları ilə bağlı məhkəmə iddiası ilə RF Baş prokurorluğuna müraciət etmək niyyətindədir. A.Abbasov qeyd edib ki, o, Rusiyanın Azərbaycan icmasının rəhbəri kimi Jirinovskinin ksenefobiya və insana qarşı nifrətlə bağlı çıxışları ilə bağlı qanunvericilik qarşısında məsələ qaldırmaq istəyirəm. "Azərbaycanlılar qədim mədəniyyətə malik, sülhsevər və tolerant, onu əhatə edən cəmiyyətin qanunlarına riayət etməyə çalışan xalqdır. Konfutsi haqlı idi: "Ağıllı adamlar illər keçdikcə ağıllanırlar, axmaqlar isə daha da təkmilləşirlər".ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri keçirilib
Siyasət 21:52
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri keçirilib
Aİ səfiri Rusiyada azərbaycanlılara qarşı zorakılıq hallarından narahatlığını bildirib
Siyasət 18:33
Aİ səfiri Rusiyada azərbaycanlılara qarşı zorakılıq hallarından narahatlığını bildirib
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Siyasət 18:05
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Ərdoğan Azərbaycana səfər edəcək
Siyasət 18:01
Ərdoğan Azərbaycana səfər edəcək
Azərbaycan səfiri Rusiya XİN-ə çağrılıb
Siyasət 17:34
Azərbaycan səfiri Rusiya XİN-ə çağrılıb
Bəylər Eyyubova yeni vəzifə verildiyi deyilir
Siyasət 16:48
Bəylər Eyyubova yeni vəzifə verildiyi deyilir
Prezident Fikrət Məmmədovla bağlı sərəncam imzalayıb
Siyasət 14:14
Prezident Fikrət Məmmədovla bağlı sərəncam imzalayıb
Sahibə Qafarova Xivədə Özbəkistan-Azərbaycan parlamentlərarası forumunda iştirak edəcək
Siyasət 12:44
Sahibə Qafarova Xivədə Özbəkistan-Azərbaycan parlamentlərarası forumunda iştirak edəcək
Deputat Rusiyada azərbaycanlıların saxlanılması ilə bağlı çağırış edib
Siyasət 16:50
Deputat Rusiyada azərbaycanlıların saxlanılması ilə bağlı çağırış edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol