Türkiyə prezidenti Abdullah Gülün səlahiyyət müddəti başa çatandan sonrakı fəaliyyəti təkcə siyasilər üçün deyil, bir çox insanlar üçün də maraqlıdır.
Lent.az-ın Türkiyənin “Yeniakit” saytına istinadən məlumatına görə, o, iyulun 8-də Kayseridə, Huber Köşkündə iş adamları və xeyriyyəçilər üçün verdiyi iftarda səlahiyyət müddəti başa çatandan sonrakı fəaliyyətindən danışıb.
“Orta məktəbdən bu yana, millət, dövlət məsələləri ilə maraqlandım. Maraq etdiyiniz bugünkü vəziyyətlə bağlı bunu söyləyə bilərəm; bundan sonrakı vəzifəmdə millət nə deyərsə, olar. Millətə xidmətə davam edəcəyəm. 12 ildə çoxlu işlər görülüb. Ancaq görüləcək işlər də çoxdur. Türkiyəni orta gəlirli dövlətlə sırasından, üst gəlirlilər qrupuna daxil etmək lazımdır. Universal hüquq prinsiplərinin etibarlı olduğu bir ölkə olmaq lazımdır. Bunun üçün ən dəyərli qaynağımız insan kapitalıdır. Başqa sözlə sahibkarlarımız, alimlərimiz, sənət adamlarımız, siyasətçilərimiz…» -deyə, Abdullah Gül vurğulayıb.
ANN.Az