ABŞ Asiya-Sakit okean regionunda nəhəng iqtisadi ittifaq yaradıb

01:11 | 06.10.2015
ABŞ Asiya-Sakit okean regionunda nəhəng iqtisadi ittifaq yaradıb

ABŞ Asiya-Sakit okean regionunda nəhəng iqtisadi ittifaq yaradıb

ABŞ və Sakir okean sahilindəki 11 dövlət arasında Sakit Okean Tərəfdaşlığı (Trans-Pacific Partnership) haqqında müqavilə imzalanması razılaşdırılıb.
 
APA-nın "Bloomberg" agentliyinə istinadən verdiyi məlumata görə, müqavilədə Asiya-Sakit okean regionunda azad ticarət zonasının yaradılması nəzərdə tutulur. "Bloomberg" bildirir ki, bu, son 20 ildə ABŞ-ın imza atdığı ən nəhəng ticarət razılaşması olacaq.
 
ABŞ-la birlikdə sənədə Avstraliya, Yeni Zelandiya, Yaponiya, Malayziya, Sinqapur, Vyetnam, Kanada, Meksika, Peru, Çili və Bruney imza atıb. Bu ölkələr arasında azad ticarətin dünya ticarətinin 40 faizini əhatə edəcəyi gözlənilir.
 
Tərəfdaşlığın yaradılması üçün danışıqlar 5 il davam edib. Razılığın əldə olunması ABŞ prezidenti Barak Obamanın əsas iqtisadi hədəflərindən biri idi. 
 
Müqavilənin gələn həftənin birinci günü ABŞ-ın Atlanta şəhərində rəsmən elan olunacağı xəbər verilir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM