• $ 1.7
  • € 1.9792
  • ₽ 0.021079
  • ₺ 0.0402
  • £ 2.2346

ABŞ-da intihar xəttinə 1,7 milyondan çox insan zəng edib

ABŞ-da intihar xəttinə 1,7 milyondan çox insan zəng edib
17.01.2023 11:00
ABŞ-da 5 ay əvvəl fövqəladə qaynar xətt kimi yaradılan "988 İntihar və Böhran Həyat Xətti”nə 1,7 milyondan çox müraciət daxil olub. Bu barədə Türkiyənin "Sözcü" saytı məlumat verib.
 
Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə təxminən yarım milyon çox olub.
 
Vibrant Emosional Sağlamlığın prezidenti Kimberly Williams artımın daha çox insanın xidmətdən xəbərdar olmasının və xidmətdən istifadə etməsinin göstəricisi kimi gördüyünü vurğulayıb.
 
Mərkəzin rəhbəri ölkə daxilində 200-dən çox böhran mərkəzinin olduğu barədə məlumatı paylaşaraq, xidmətlərin cəmiyyətdəki müxtəlif qrupları nəzərə alınmaqla həyata keçirildiyini bildirib.

İl ərzində "988 Lifeline"-a müraciət edənlərə video xidmətinin göstərilməsi istiqamətində işlərin aparıldığı vurğulanıb.

Hökumət "988 Lifeline"-a 1 milyard dollara yaxın sərmayə qoyub və bir çox ştatlar yerli səviyyədə xidmətin maliyyələşdirilməsi üçün qanunlar qəbul edəcəyini söyləyib.
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Efiopiyada təhlükəli virusun yayıldığı təsdiqlənib
Dünya 19:29
Efiopiyada təhlükəli virusun yayıldığı təsdiqlənib
Tramp BBC-yə qarşı beş milyard dollar məbləğində iddia qaldıracaq
Dünya 15:52
Tramp BBC-yə qarşı beş milyard dollar məbləğində iddia qaldıracaq
Estoniya Ukraynaya "Starlink" üçün 3,5 mln. avro ayırıb
Dünya 15:36
Estoniya Ukraynaya "Starlink" üçün 3,5 mln. avro ayırıb
Bu gündən Azərbaycanda istilik mövsümü başlayır
Dünya 09:15
Bu gündən Azərbaycanda istilik mövsümü başlayır
Qazaxıstan və Özbəkistan prezidentləri Daşkənddə görüşüb
Dünya 09:01
Qazaxıstan və Özbəkistan prezidentləri Daşkənddə görüşüb
Rusiya səfiri Rumıniya XİN-ə çağırılıb
Dünya 23:09
Rusiya səfiri Rumıniya XİN-ə çağırılıb
Tramp azad edilmiş israilli girovlarla Ağ Evdə görüşəcək
Dünya 21:09
Tramp azad edilmiş israilli girovlarla Ağ Evdə görüşəcək
ABŞ bu turistlərə viza verilməsini məhdudlaşdıracaq
Dünya 20:29
ABŞ bu turistlərə viza verilməsini məhdudlaşdıracaq
Gürcüstanda plastik qab-qacaq qadağan olunur
Dünya 20:00
Gürcüstanda plastik qab-qacaq qadağan olunur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol