• $
  • €
  • ₽
  • ₺
  • £

Əliyev TDT QHT-lərinin Həmrəylik Forumunda iştirakçılara müraciət edib

Əliyev TDT QHT-lərinin Həmrəylik Forumunda iştirakçılara müraciət edib
24.11.2025 11:27

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda ilk dəfə keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrinin qeyri-hökumət təşkilatları (QHT) üçün Həmrəylik Forumunda iştirakçıları salamlayıb.

Forum çərçivəsində Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müraciəti oxuyub.

İlham Əliyev çıxışında Türk dövlətlərinin artan potensialı və qlobal mövqeyini vurğulayaraq, forumun üzv ölkələr arasında əməkdaşlığı gücləndirmək və ortaq layihələri dəstəkləmək məqsədini daşıdığını bildirib.


Forum zamanı Azərbaycan Türk Dövlətləri Təşkilatına sədrlik edən ölkə kimi üzv dövlətlərin vətəndaş cəmiyyəti təsisatları arasında ictimai kommunikasiyanın genişləndirilməsinə çalışır.

İlham Əliyev Qarabağ Zəfəri və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpasını Türk dövlətləri arasında əməkdaşlığın inkişafında mühüm faktor kimi qiymətləndirib.

Forum çərçivəsində tarix, mədəniyyət, ekologiya, iqlim siyasəti və digər sahələrdə ortaq qrant müsabiqələrinin elan edilməsi və QHT-lər arasında koordinasiyanın gücləndirilməsi nəzərdə tutulur.

2026-cı ildə Birinci Türkoloji Qurultayın 100 illiyi qeyd olunacaq və türk xalqları arasında mədəni inteqrasiyanın davam etdirilməsi üçün QHT-lərin fəaliyyəti vacib hesab edilir.

 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ceyhun Bayramov Qətərin xarici işlər üzrə dövlət nazirini qəbul edib
Siyasət 19:17
Ceyhun Bayramov Qətərin xarici işlər üzrə dövlət nazirini qəbul edib
Prezident bu qanunu təsdiqləyib
Siyasət 17:30
Prezident bu qanunu təsdiqləyib
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Cəmiyyət 17:09
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Ceyhun Bayramov: Azərbaycanın ATƏT-ə sədrlik etməsi ilə bağlı təklifə müsbət yanaşırıq
Siyasət 13:03
Ceyhun Bayramov: Azərbaycanın ATƏT-ə sədrlik etməsi ilə bağlı təklifə müsbət yanaşırıq
Estoniya Azərbaycanla rəqəmsallaşma, süni intellekt və müdafiə sənayesi sahələrində əməkdaşlıqda maraqlıdır
Siyasət 12:59
Estoniya Azərbaycanla rəqəmsallaşma, süni intellekt və müdafiə sənayesi sahələrində əməkdaşlıqda maraqlıdır
Marqus Tsaxna: Estoniya Azərbaycan-Ermənistan normallaşma prosesinin regionda yeni perspektivlər açdığını düşünür
Siyasət 12:55
Marqus Tsaxna: Estoniya Azərbaycan-Ermənistan normallaşma prosesinin regionda yeni perspektivlər açdığını düşünür
Estoniyada təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb
Siyasət 12:50
Estoniyada təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb
Ötən il 2 minə yaxın estoniyalı turist Azərbaycana səfər edib
Siyasət 12:49
Ötən il 2 minə yaxın estoniyalı turist Azərbaycana səfər edib
Azərbaycan və Estoniya arasında ticarət dövriyyəsi 32 milyon dollar təşkil edib
Siyasət 12:45
Azərbaycan və Estoniya arasında ticarət dövriyyəsi 32 milyon dollar təşkil edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol