ABŞ hərbi texnikasını Moldovaya buraxmadılar - FOTOLAR

13:36 | 03.05.2016
ABŞ hərbi texnikasını Moldovaya buraxmadılar - FOTOLAR

ABŞ hərbi texnikasını Moldovaya buraxmadılar - FOTOLAR

Moldova Sosialistlər Partiyasının (MRSP) deputatları ölkəyə girişdə ABŞ-ın "Dragon Pioneer 2016” təlimlərinə cəlb edilmiş hərbi texnika karvanının yolunu kəsib.

Oxu.Az xəbər verir ki ,bu barədə çərşənbə günü jurnalistlərə partiya lideri İqor Dodon bildirib.

"Sosialist deputatlar "Gənc Qvardiya” fəalları ilə birgə, Skulyansk gömrüyü istiqamətində Moldovaya girişi blok ediblər və NATO əsgərlərinin sənədlərini yoxlayırlar”, - Dodon deyib.

Karvan milli mahiyyəti olan M-14 yolu ilə Skulyan-Faleşt-Nqreçt marşrutu üzrə hərəkət etməlidir. "Dragon Pioneer-2016” təlimləri mayın 3-dən 20-nə qədər davam edəcək. Təlimlərdə Moldovanın 165 hərbçisi və ABŞ-ın ikinci kvaleriya alayının 198 hərbçisi iştirak edəcək.

Bu təlimlərə ABŞ ordusu tərəfindən 58 ədəd hərbi texnika, o cümlədən 40 minaxtaran və Moldovanın Milli ordusunun təchizat maşınları cəlb ediləcək.
 







www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb