ABŞ koronovirusa yoluxmuş xəstələrin sayına görə Çini keçdi

02:24 | 27.03.2020
ABŞ koronovirusa yoluxmuş xəstələrin sayına görə Çini gerid qoydu. Hazırdabu ölkədə cəmi xəstələrin sayı 82178 nəfər təşkil edir . Onlardan 13967 son bir gündə korona virusa yoluxanlardır, bu barədə üorldometric.info məlumat verir. 
 
ABŞ-da koronavirus infeksiyasından ölənlərin sayı da artır. Son bir gündə bu xəstəlikdən ölənlrin sayı 150 nəfər artaraq 1177-ə çatıb.  Sağalanların sayı isə 1864-dür. 
 
Koronavirusa yoluxmuş xəstələrin sayına görə liderlik edən Çində isə cəmi 81285 nəfər xəstə qeydə alınıb. Onlardan 3287-i ölüb. 

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM