ABŞ-nin 39-cu prezidenti Cimmi Karter 100 yaşında vəfat edib.Bu barədə "The Washington Post" qəzeti xəbər verib.
Karter ABŞ-nin 39-cu prezidenti olub və 1977-1981-ci illərdə bu vəzifədə çalışıb. O, insan hüquqlarının müdafiəsi sahəsindəki səyləri, İsrail və Misir arasında Kemp-Devid sazişlərinin imzalanmasında vasitəçiliyi və siyasətdən getdikdən sonra aktiv ictimai fəaliyyəti ilə tanınıb və bu səbəbdən də 2002-ci ildə Nobel Sülh mükafatına layiq görülüb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !