ABŞ Qarabağ ermənilərinə humanitar yardım üçün 11,5 milyon dollar ayırmaq qərarına gəlib. Bu barədə Ermənistanda səfərdə olan ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauer deyib.
"Bu gün mən elan edirəm ki, ABŞ Qarabağ sakinlərinə 11,5 milyon dollar məbləğində humanitar yardım göstərəcək”, - o jurnalistlərin suallarını cavablayarkən deyib.
USAID rəhbəri Azərbaycan hakimiyyətini Qarabağ sakinlərinə kömək etməyə çağırıb.
Sentyabrın 19-da Bakı "yerli antiterror tədbirləri”nə başladığını elan edib və erməni hərbçilərinin bölgədən çıxarılmasını tələb edib. İrəvan Qarabağda erməni silahlı qüvvələrinin olmadığını bəyan edib və baş verənləri "genişmiqyaslı təcavüz” adlandırıb. Sentyabrın 20-də hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə olundu və ertəsi gün Azərbaycanın Yevlaxda Bakı və Qarabağın erməni əhalisinin nümayəndələrinin "reinteqrasiya məsələlərini müzakirə etmək üçün” görüşü keçirildi.
Ermənistan mətbuatının açıqlamasına görə indiyə qədər 14 minə yaxın erməni vətəndaşı Qarabağı tərk edib.
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !