ABŞ səfiri Laçına gedib yolun açılmasını istədi - Azərbaycan XİN ona cavab verdi

16:50 | 10.03.2023
ABŞ səfiri Laçına gedib yolun açılmasını istədi - Azərbaycan XİN ona cavab verdi

ABŞ səfiri Laçına gedib yolun açılmasını istədi - Azərbaycan XİN ona cavab verdi

ABŞ-ın Ermənistandakı səfiri Kristina Kuinn 3 aya yaxındır azərbaycanlılar tərəfindən bağlanan Laçın dəhlizinə gəlib. Bu barədə  ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.
 
Kristina Kuinn ABŞ-ın dövlət katibi Entoni Blinkenin Laçın dəhlizinin dərhal açılması ilə bağlı çağırışını təkrarlayıb.
 
Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə tvitterində amerikalı səfirə cavab olaraq bildirib ki, Laçın yolu nəqliyyat üçün hər zaman açıqdır. 
 
"Azərbaycan yolda maneəsiz hərəkəti təmin etmək üçün əlindən gələn bütün tədbirləri görür. Şəffaflıq və təhlükəsizlik üçün sərhəd keçid məntəqəsininin yaradılması mütləqdir”, - Hacızadə yazıb. 
 
Dekabrın 12-dən azərbaycanlı ekoloqlar Rusiya sülhməramlılarının yerləşdirildiyi ərazidə etiraz aksiyası keçirir. Aksiya iştirakçıları faydalı yataqların qanunsuz istismarı etiraz edir. Azərbaycanlı ekoloqların etirazına cavab olaraq Xankəndində yaşayan ermənilər bu dövr ərzində iki dəfə aksiya keçirib. Onlar yolun açılmasını tələb edirlər. 
 
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
 
Aksiya başlandığı gündən Azərbaycan və Ermənistana bir çox ölkələr tərəfindən çağırışlar olub. Çağırışlar hər iki ölkəni gərginliyi azaltmağa yönəlib. 
 
Azərbaycan hökuməti "Laçın dəhlizi”nin Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olduğunu vurğulayaraq, Ermənistanın iddialarını təkzib edib.
 
Rəsmi Bakı bildirib ki, Rusiya sülhməramlılarının nəzarətindəki ərazidə keçirilən aksiya siyasi deyil, ekoloji məqsəd daşıyır və Azərbaycan tərəfi həmin ərazilərdə yaşayan erməni əhalisinə istənilən dəstəyi göstərməyə hazırdır. 
 
Martın 5-də Qarabağda növbəti dəfə qeyri-qanuni erməni silahlı birləşmələri tərəfindən təxribat törədilib. Belə ki, Xankəndinə silah daşıyan maşının qarşısını alan Azərbaycan Ordusunun hərbçiləri təxribatla üzləşib. Nəticədə 2 hərbçi vəfat edib. 
 
Gülnar Nazimqızı 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb