• $ 1.7
  • € 2.0054
  • ₽ 0.021663
  • ₺ 0.0427
  • £ 2.3364

ABŞ Türkiyədən Rusiyaya mal ixracını dayandırmağı tələb edib

ABŞ Türkiyədən Rusiyaya mal ixracını dayandırmağı tələb edib
03.02.2023 20:34
ABŞ Türkiyəyə Rusiya Federasiyasına mal axınını dayandırmağı tapşırıb, bu barədə Bloomberg agentliyi yazıb.

Xəbərdarlığın ABŞ rəsmiləri tərəfindən bu həftə Türkiyədə keçirilən görüşdə həmkarlarına edildiyi bildirilir.

Mənbələrin bildirdiyinə görə, ABŞ maliyyə nazirinin müavini Brayan Nelson cümə axşamı və cümə günləri Türkiyə rəsmiləri ilə görüşərək Vaşinqtonun Rusiyaya, o cümlədən ABŞ mallarına ixracın artması ilə bağlı narahatlığını müzakirə edib.

2022-ci ilin mart-oktyabrında onlarla türk ixracatçı Rusiyaya təxminən 800 milyon dollar dəyərində mal göndərib.

Agentliyin yazır ki, Nelson artıq bir il ərzində Türkiyəyə səfər edən üçüncü yüksək rütbəli ABŞ Maliyyə Nazirliyinin rəsmisidir və bununla da Ankaranı ABŞ sanksiyalarına əməl etməyə məcbur etmək üçün ona təzyiqləri artırır. Mənbələr bildiriblər ki, yaxın həftələrdə bu mövzuda daha çox Aİ və ABŞ səfərləri gözlənilir.

Bir müddət əvvəl türkiyəli iqtisadçı Bartu Soral ABŞ-ın Rusiyaya qarşı sanksiyalar tətbiq etmək üçün Türkiyəyə təzyiq etdiyini bildirmişdi.

Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın daha əvvəl qeyd edib ki, Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulmur, çünki bu, Rusiyadan çox Ankaraya zərər verəcək.
 
Gülnar Nazimqızı

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bugün Rusiya və ABŞ prezidentlərinin telefon danışığı gözlənilir
Siyasət 13:33
Bugün Rusiya və ABŞ prezidentlərinin telefon danışığı gözlənilir
Ermənistan və Azərbaycan İbrahim sazişinə qoşula bilər -Stiv Uitkoff
Siyasət 13:24
Ermənistan və Azərbaycan İbrahim sazişinə qoşula bilər -Stiv Uitkoff
Tbilisidə üçtərəfli görüş gözlənilir
Siyasət 09:42
Tbilisidə üçtərəfli görüş gözlənilir
Paşinyan sülh sazişi ilə Minsk qrupunun ləğvinə dair sənədi eyni vaxtda imzalamağı təklif edib
Siyasət 12:12
Paşinyan sülh sazişi ilə Minsk qrupunun ləğvinə dair sənədi eyni vaxtda imzalamağı təklif edib
İran prezidentinin Bakıya səfəri gözlənilir- Gözləntilər
Siyasət 13:39
İran prezidentinin Bakıya səfəri gözlənilir- Gözləntilər


Ermənistan parlamenti Aİ-yə üzvlük prosesinin başlanması haqqında qanun layihəsini qəbul edib
Siyasət 12:00
Ermənistan parlamenti Aİ-yə üzvlük prosesinin başlanması haqqında qanun layihəsini qəbul edib
Lavrov Fidanla Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
Siyasət 15:44
Lavrov Fidanla Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
Ər-Riyadda Rusiya-ABŞ danışıqları başa çatıb - Yenilənib
Siyasət 18:50
Ər-Riyadda Rusiya-ABŞ danışıqları başa çatıb - Yenilənib
Ərdoğan İsraili Fələstinə dəymiş ziyanı ödəməyə çağırıb
Siyasət 15:15
Ərdoğan İsraili Fələstinə dəymiş ziyanı ödəməyə çağırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol