• $
  • €
  • ₽
  • ₺
  • £

Ərdoğan İsraili Fələstinə dəymiş ziyanı ödəməyə çağırıb

Ərdoğan İsraili Fələstinə dəymiş ziyanı ödəməyə çağırıb
11.02.2025 15:15

İsrail hökuməti döyüşlər zamanı Fələstinə dəymiş ziyanı kompensasiya etməlidir. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Malayziyada ölkənin baş naziri Ənvər İbrahimlə danışıqlardan sonra mətbuat konfransı zamanı  deyib. 

“Əvvəlki hallarda olduğu kimi, İsrail son atəşkəs razılaşması çərçivəsində verdiyi vədlərə əməl etməyib. Fələstin torpaqlarının işğalına son qoymalı və dəymiş ziyanı ödəməlidir”, - Türkiyə lideri bildirib.

Ərdoğan əlavə edib ki, İbrahimlə danışıqlar zamanı Fələstin məsələsini ətraflı müzakirə ediblər. Türkiyə prezidentinin sözlərinə görə, hazırkı vəziyyətin əsas problemi İsrailin “israrla işğal və zəbt etmək siyasəti yürütməsidir”.

Türkiyə lideri münaqişənin həlli üçün “1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüds olan müstəqil, suveren və coğrafi cəhətdən inteqrasiya olunmuş Fələstin dövlətinin yaradılmasının” zəruri olduğunu vurğulayıb. Ərdoğan qeyd edib ki, Türkiyə və Malayziya Fələstini dəstəkləməyə davam edir.

Bu il yanvarın 19-da Qəzza zolağında atəşkəs qüvvəyə minib . 42 gün davam edəcək atəşkəsin birinci mərhələsi çərçivəsində HƏMAS-ın bütün qadın və uşaqlar da daxil olmaqla 33 israilli girovu azad edəcəyi gözlənilir. İsrail buna cavab olaraq azad edilmiş hər mülki şəxs üçün 30, hər əsgər üçün isə 50 fələstinli məhbusu azad edəcək.

 

Aytac 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Alen Simonyan: Ermənistan Azərbaycanla diplomatik münasibətlər quracaq
Siyasət 14:30
Alen Simonyan: Ermənistan Azərbaycanla diplomatik münasibətlər quracaq
Paşinyan: yaxın vaxtlarda Ermənistandan Azərbaycana ixrac başlayacaq
Siyasət 13:05
Paşinyan: yaxın vaxtlarda Ermənistandan Azərbaycana ixrac başlayacaq
Rusiya: Ukrayna münaqişəsi ilə bağlı Almaniya ilə rəsmi danışıqlar aparılmır
Siyasət 11:15
Rusiya: Ukrayna münaqişəsi ilə bağlı Almaniya ilə rəsmi danışıqlar aparılmır
Ermənistan parlamentinin yeni spikeri kimdir? - Dosye
Siyasət 14:40
Ermənistan parlamentinin yeni spikeri kimdir? - Dosye
Paşinyan: bazar günü hökumət istefa verəcək
Siyasət 14:47
Paşinyan: bazar günü hökumət istefa verəcək
Sabah Tramp Zelenski ilə görüşəcək
Siyasət 12:19
Sabah Tramp Zelenski ilə görüşəcək
Paraqvay Azərbaycana fəxri konsul təyin edib
Siyasət 10:05
Paraqvay Azərbaycana fəxri konsul təyin edib
Pezeşkian Azərbaycanla bağlı tapşırıq verdi
Siyasət 17:30
Pezeşkian Azərbaycanla bağlı tapşırıq verdi
Baş prokuror Çinə rəsmi səfərə gedib
Siyasət 16:05
Baş prokuror Çinə rəsmi səfərə gedib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol