• $
  • €
  • ₽
  • ₺
  • £

Tələbə qızları şantaj və zorakılığa məruz qoyan müəllimə 11 il həbs cəzası verildi - təfərrüat

Tələbə qızları şantaj və zorakılığa məruz qoyan müəllimə 11 il həbs cəzası verildi - təfərrüat
29.09.2026 12:07

Qarabağ Universiteti tələbə qızlara qarşı şantaj, dələduzluq və seksual zorakılıq cinayətlərinə görə 11 il həbs cəzası alan Faiq Məmmədovun universitetdə işləməsi barədə məlumatı təkzib edib.

“Faiq Məmmədov Qarabağ Universitetində heç vaxt çalışmayıb və universitetlə hər hansı əməkdaşlığı olmayıb”, - ali məktəbin İctimaiyyətlə əlaqələr şöbəsinin açıqlamasında bildirilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsi Xankəndi şəhərində futbol müəllimi işləyən şəxsin tələbə qızlara qarşı törətdiyi ağır cinayətlərə dair iş üzrə yekun hökmünü elan edib. 

Məhkəmənin sədri Natiq Əliyevin sədrliyi ilə keçirilən qapalı məhkəmə iclasında, zərərçəkmiş şəxsləri şantaj edərək pullarını mənimsəyən və onlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri edən F.M. 11 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə istintaqı zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs Şuşa və Xankəndi şəhərlərində futbol müəllimi işlədiyi dövrdə Qarabağ Universitetinin tələbələri olan zərərçəkmiş A.B və Ə.M ilə tanış olub. O, özünü subay və xüsusi orqanların əməkdaşı kimi təqdim edərək gənclərin inamını qazanıb.


Daha sonra zərərçəkmiş Aytacın sevgilisi ilə olan bəzi videogörüntülərinin universitet rəhbərliyinə və Qarabağ Regional Təhsil İdarəsinə çatdığını iddia edərək saxta ssenari qurub. Təqsirləndirilən şəxs "məsələni həll etmək" və qızın universitetdən xaric olunmasının qarşısını almaq adı altında rüşvət tələb edib. O, rəsmi şəxslərin, o cümlədən universitet rektoru Şahin Bayramovun adından istifadə edərək müxtəlif vaxtlarda zərərçəkmişdən ümumilikdə 2100 manat nağd və kart köçürməsi vasitəsilə pul əldə edib.


Bununla da kifayətlənməyən şəxs, digər zərərçəkmiş Əfsanənin də etibarından sui-istifadə edərək "imtahana hazırlaşmaq" bəhanəsi ilə onun 1150 manat dəyərindəki "ACER" markalı noutbukunu ələ keçirib və başqa şəxsə verib. Münasibəti bitirmək istədikdə isə hər iki tələbəni saxta mesajlarla və universitetdən qovdurmaqla hədələyib.

Eyni zamanda təqsirləndirilən şəxs videogörüntüləri yaymaq və qızın atasının həm onu, həm də sevgilisini öldürəcəyi hədəsi ilə qorxudaraq zərərçəkmiş Aytacı iki fərqli tarixdə mənzilə çağırıb.

Qızın köməksiz vəziyyətindən, yataqxanaya qayıtmaq imkanının olmamasından istifadə edən şəxs, onun yalvarışlarına və müqavimətinə məhəl qoymayaraq iki dəfə zorla qeyri-təbii yolla cinsi əlaqədə olub.

Məhkəmə-tibbi ekspertizasının rəyi də zərərçəkmiş şəxsin arxa keçəcəyində bədən xəsarətlərinin və çapıq toxumasının olduğunu rəsmən təsdiq edib.

Təqsirləndirilən şəxs məhkəmədə öz ifadəsində Qarabağ Universitetində, həmçinin Şuşa və Xankəndi şəhərlərində futbol müəllimi işlədiyini rəsmən təsdiq edib. O, ali təhsil müəssisələrarası futbol yarışları üçün universitetin həm oğlan, həm də qız tələbələrindən ibarət komandalar formalaşdırdığını bildirib 

O, ittihamlar üzrə özünü təqsirli bilməyərək pulları borc aldığını, seksual zorakılıq etmədiyini desə də, instansiya onun ifadələrini məsuliyyətdən yayınmaq cəhdi kimi qiymətləndirib və sübutları əsaslı hesab edib. İstintaq dövründə zərərçəkmişlərə dəymiş maddi ziyan polis şöbəsində geri qaytarılıb.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirli bilinib. Ona 2 il müddətinə müəyyən vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, qəti olaraq 11 il müddətinə azadlıqdan məhrum etmə cəzası kəsib. Məhkum cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Tatyana 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər


Nigeriyada Ebolaya ilk yoluxma qeydə alınıb
Cəmiyyət 15:27
Nigeriyada Ebolaya ilk yoluxma qeydə alınıb
“Brain Academy”də 2 yaşlı autizmli uşağın döyüldüyü iddia edilir
Cəmiyyət 15:14
“Brain Academy”də 2 yaşlı autizmli uşağın döyüldüyü iddia edilir


Yol polisindən sürücülərə- Müraciət
Cəmiyyət 14:36
Yol polisindən sürücülərə- Müraciət


Azərbaycana qripə qarşı peyvəndlər gətirilib, bu gündən vaksinasiyaya başlanılır
Cəmiyyət 14:26
Azərbaycana qripə qarşı peyvəndlər gətirilib, bu gündən vaksinasiyaya başlanılır

Jurnalistlərin adından saxta “WhatsApp” hesabları yaradılır- Xəbərdarlıq
Cəmiyyət 13:47
Jurnalistlərin adından saxta “WhatsApp” hesabları yaradılır- Xəbərdarlıq
Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan edib -SİYAHI
Cəmiyyət 13:27
Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan edib -SİYAHI

Bu yolda hərəkət məhdudlaşdırılıb
Cəmiyyət 13:10
Bu yolda hərəkət məhdudlaşdırılıb
Deputat hər iqtisadi region üçün ayrıca inkişaf modelinin hazırlanmasını təklif edib
Cəmiyyət 12:45
Deputat hər iqtisadi region üçün ayrıca inkişaf modelinin hazırlanmasını təklif edib

AYİB: Orta Dəhliz regionun iqtisadi inkişafının əsas hərəkətverici qüvvəsinə çevrilə bilər
Cəmiyyət 12:42
AYİB: Orta Dəhliz regionun iqtisadi inkişafının əsas hərəkətverici qüvvəsinə çevrilə bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol