• $
  • €
  • ₽
  • ₺
  • £

Mərakeşdə ilk dəfə ölkənin baş naziri qadın olub

Mərakeşdə ilk dəfə ölkənin baş naziri qadın olub
29.09.2026 21:30

Mərakeş Kralı VI Məhəmməd 50 yaşlı Fatimə Zəhra əl-Mənsurini hökumət başçısı təyin edib. O, ölkə tarixində bu vəzifəyə gətirilən ilk qadın olub.Bu barədə Kral sarayı məlumat yayıb.

Əl-Mənsuriyə yeni hökuməti formalaşdırmaq tapşırılıb. O, bundan əvvəl Mərakeşin şəhərsalma naziri və Marrakeş şəhərinin meri vəzifələrində çalışıb.

Onun rəhbərlik edəcəyi hökumətin 2030-cu il futbol üzrə dünya çempionatına hazırlıq çərçivəsində milyardlarla dollar həcmində investisiyalara nəzarət edəcəyi gözlənilir. Yeni hökumətin qarşısında inflyasiyanın azaldılması, əməkhaqlarının artırılması və yeni iş yerlərinin yaradılması kimi iqtisadi məsələlər də dayanır.

Sentyabrın 23-də keçirilən parlament seçkilərində Əl-Mənsurinin rəhbərlik etdiyi “Həqiqilik və Modernizm” Partiyası 395 yerlik Nümayəndələr Palatasında 97 mandat qazanaraq birinci olub. Konstitusiyaya əsasən, kral hökumət başçısını parlament seçkilərində ən çox yer qazanan partiyanın nümayəndəsi sırasından təyin edir.

Oxşar xəbərlər
Oxşar xəbərlər

“Likud” liderdir, lakin heç bir blok çoxluq əldə edə bilməyib
Dünya 07:49
“Likud” liderdir, lakin heç bir blok çoxluq əldə edə bilməyib
İspaniyada qatar qəzasında ölənlərin sayı 74-ə çatıb
Dünya 22:39
İspaniyada qatar qəzasında ölənlərin sayı 74-ə çatıb
Trampla Ərdoğan arasında telefon danışığı olub
Dünya 21:40
Trampla Ərdoğan arasında telefon danışığı olub
Venesuelada prezident seçkiləri keçiriləcək
Dünya 21:19
Venesuelada prezident seçkiləri keçiriləcək
“Air France” Ər-Riyada uçuşların dayandırılmasını dekabrın 12-dək uzadıb
Dünya 20:38
“Air France” Ər-Riyada uçuşların dayandırılmasını dekabrın 12-dək uzadıb
Ərdoğan və Mirziyoyev TDT-nin gələcəyini və regional məsələləri müzakirə ediblər
Dünya 18:30
Ərdoğan və Mirziyoyev TDT-nin gələcəyini və regional məsələləri müzakirə ediblər
SEPAH: Ötən sutka üç tanker Hörmüz boğazında minaya düşüb
Dünya 13:56
SEPAH: Ötən sutka üç tanker Hörmüz boğazında minaya düşüb
Ərdoğanla Tramp arasında telefon danışığı olub
Dünya 23:07
Ərdoğanla Tramp arasında telefon danışığı olub
Ərdoğan Ankarada Tokayevlə görüşüb
Dünya 21:29
Ərdoğan Ankarada Tokayevlə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol