Məhkəmə qərarları Ombudsman institutunun işini çətinləşdirir
Deputat Hikmət Babaoğlu Azərbaycan Ombudsman institutunun fəaliyyətini şərh edərkən məhkəmə qərarları və onların icrası ilə əlaqədar daxil olan müraciətlərin qurumun işinə təsirinə xüsusi diqqət çəkib.
Deputat bildirib ki, millət vəkili kimi ona gələn şikayətlərin böyük bir hissəsi məhz məhkəmə qərarlarından, onların icrasından, yaxud qərarların ədalətsizliyindən ibarətdir.
"Bu cür müraciətlərin həcminin çox olması Ombudsman institutunu hədəfə çevirir" - o bildirib/
Hikmət Babaoğlu qeyd edib ki, bu qərarların təhlil olunması, vətəndaşları qane edəcək cavabların hazırlanması və qərar qəbul edən məhkəmə qurumları ilə işləmək kifayət qədər çətin və gərgin bir fəaliyyət tələb edir.
Gülnar Nazimqızı