Ərdoğan və Mirziyoyev TDT-nin gələcəyini və regional məsələləri müzakirə ediblər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə görüşüb.Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Bildirilib ki, görüşdə Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) güclənərək fəaliyyətini davam etdirəcəyinə inandığını bildirib.
Liderlər Türkiyə ilə Özbəkistan arasında ikitərəfli münasibətləri, həmçinin regional və qlobal məsələləri müzakirə ediblər.
Bundan əlavə, Şavkat Mirziyoyev Antalyada keçiriləcək COP31 Liderlər Zirvəsinə dəvət olunub.
Son xəbərlər
Daha çox