Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılışında iştirak edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkə hesabında paylaşım edilib.
Bildirilib ki, park türk xalqlarının ortaq tarixi və mədəni irsini, zəngin sivilizasiya ənənələrini və ümumi dəyərlərini təcəssüm etdirir.
Qeyd olunub ki, bu təşəbbüs türk dövlətləri arasında mədəni əlaqələrin gücləndirilməsinə, xalqlar arasında qarşılıqlı anlaşma, həmrəylik və əməkdaşlığın təşviqinə töhfə verir.