Venesuelada prezident seçkiləri keçiriləcək
Venesuela Prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriges ölkədə konstitusiyaya uyğun olaraq yeni seçkilərin keçiriləcəyini bəyan edib.Bu barədə “Telesur” telekanalı məlumat yayıb.
Rodriges xalqa müraciətində seçkilərin yenilənmiş seçki qurumları tərəfindən təşkil ediləcəyini və bütün dünyanın bu prosesin şahidi olacağını bildirib.
O, həmçinin hökumətin ölkədəki bütün siyasi qüvvələrin seçki prosesində iştirakını təmin edəcəyini vurğulayıb.
Son xəbərlər
Daha çox