• $
  • £

Ermənistan və Azərbaycan İbrahim sazişinə qoşula bilər -Stiv Uitkoff

Ermənistan və Azərbaycan İbrahim sazişinə qoşula bilər -Stiv Uitkoff
14.05.2025 13:24

Ermənistan və Azərbaycan İbrahim sülh sazişinə qoşula bilər. Bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Breitbart News-a müsahibəsində deyib. 

Vitkoffun sözlərinə görə, ölkələr münaqişələrin həllinə çox yaxındırlar.

“Mən təxmin edirəm ki, biz tezliklə Livanda və hətta Suriyada nizamlanma görəcəyik. Onlardan müsbət cavab gəldi. Bu, Liviya ilə də baş verə bilər. Söhbət İbrahim sülh sazişinə qoşulan ölkələrdən gedir. Bu, Azərbaycan və Ermənistanla baş verə bilər, biz hesab edirik ki, biz həmin ölkələrdəki münaqişələrin yekun həllinə çox yaxınıq. Düşünürəm ki, onların hər ikisi İbrahim Sazişlərinə qoşula bilər. Yəni bu, prezidentin böyük təşəbbüsüdür. O, buna inanır. Bu, regionda sülh və sabitliyə töhfə verir", - o bildirib. 

“İbrahim razılaşmaları” İsrailin 2020-ci ildə bir sıra ərəb ölkələri, xüsusilə Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, daha sonra Sudan və Mərakeş ilə diplomatik əlaqələr qurduğu diplomatik sənədlərin adıdır. O, Donald Trampın prezidentliyinin birinci dövründə imzalanıb. Bununla da tərəflər diplomatik əlaqələr qurur, bir-birinin suverenliyini tanıyır, iqtisadi, texnoloji, elmi və mədəni əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəlirlər. “İbrahim” adı üçtərəfli müqavilənin İbrahim dinlərinin: Yəhudilik, Xristianlıq və İslamın ardıcıllarını birləşdirdiyini ifadə etmək üçün seçilib. 

Gülnar 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: yaxın vaxtlarda Ermənistandan Azərbaycana ixrac başlayacaq
Siyasət 13:05
Paşinyan: yaxın vaxtlarda Ermənistandan Azərbaycana ixrac başlayacaq
Rusiya: Ukrayna münaqişəsi ilə bağlı Almaniya ilə rəsmi danışıqlar aparılmır
Siyasət 11:15
Rusiya: Ukrayna münaqişəsi ilə bağlı Almaniya ilə rəsmi danışıqlar aparılmır
Ermənistan parlamentinin yeni spikeri kimdir? - Dosye
Siyasət 14:40
Ermənistan parlamentinin yeni spikeri kimdir? - Dosye
Paşinyan: bazar günü hökumət istefa verəcək
Siyasət 14:47
Paşinyan: bazar günü hökumət istefa verəcək
Sabah Tramp Zelenski ilə görüşəcək
Siyasət 12:19
Sabah Tramp Zelenski ilə görüşəcək
Paraqvay Azərbaycana fəxri konsul təyin edib
Siyasət 10:05
Paraqvay Azərbaycana fəxri konsul təyin edib
Pezeşkian Azərbaycanla bağlı tapşırıq verdi
Siyasət 17:30
Pezeşkian Azərbaycanla bağlı tapşırıq verdi
Baş prokuror Çinə rəsmi səfərə gedib
Siyasət 16:05
Baş prokuror Çinə rəsmi səfərə gedib
Türkiyə İrana raketlərin hava məkanını pozmasının qəbuledilməz olduğunu bildirib
Siyasət 14:56
Türkiyə İrana raketlərin hava məkanını pozmasının qəbuledilməz olduğunu bildirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol