• $
  • €
  • ₽
  • ₺
  • £

Zorakılıq iddiası ilə bağlı uşaqdan fərqli açıqlama: Skuterdən yıxılmışam - yenilənib

Zorakılıq iddiası ilə bağlı uşaqdan fərqli açıqlama: Skuterdən yıxılmışam - yenilənib
25.08.2026 16:50

 

Sosial şəbəkələrdə azyaşlının ögey anası tərəfindən zorakılığa məruz qalması ilə bağlı yayılan məlumat aidiyyəti qurumlar tərəfindən araşdırılıb. Bu barədə Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib. 

Araşdırma çərçivəsində qurumların nümayəndələri tərəfindən uşaq və ailə ilə görüş keçirilib, məsələ ilə bağlı ətraflı söhbət aparılıb.

Uşağın dizində və əlində müşahidə olunan sıyrıqların yaranma səbəbi ilə bağlı verilən suala azyaşlı skuterlə hərəkət edərkən yıxıldığını bildirib.

Bununla belə, uşağın zorakılığa məruz qalıb-qalmamasının dəqiq müəyyənləşdirilməsi məqsədilə onun tibbi ekspertizaya göndərilməsi də qərara alınıb.

Məsələ aidiyyəti qurumların nəzarətindədir.

12:06

Bakıda 9 yaşlı uşağın ögey anası tərəfindən zorakılığa məruz qalması ilə bağlı aidiyyəti qurumlara müraciət olunub.

Sosial şəbəkələrdə yayılan məlumatda 9 yaşlı M.Ə-nın ögey anası tərəfindən döyüldüyü, uşağın bədənində xəsarət və göyərmələrin olduğu, həmçinin saçının dibdən kəsildiyi iddia edilir.

Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Anews.az-a açıqlama verib.

Komitədən bildirilib ki, faktla bağlı Daxili İşlər Nazirliyinə və Nizami Rayon İcra Hakimiyyətinə rəsmi müraciət olunub.

“Məsələnin aidiyyəti qurumlar tərəfindən araşdırılması və uşağın hüquq və mənafelərinin, eləcə də təhlükəsizliyinin təmin edilməsi istiqamətində bütün zəruri tədbirlər görülür”, - Komitədən qeyd edilib.

Gülnar Nazimqızı 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Cəmiyyət 11:16
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Cəmiyyət 11:09
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Cəmiyyət 11:02
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Cəmiyyət 11:00
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol