Bakıda donuzların sayı 57%-dən çox azalıb - rəsmi
Azərbaycanda donuzların sayı 2026-cı ildə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,3% azalaraq 3,298 min başa düşüb. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
2025-ci ildə bu göstərici 3,377 min baş təşkil edib.
Şəki-Zaqatala iqtisadi rayonunda donuzların sayı 2,401 min baş olub ki, bu da ölkə üzrə ümumi sayın təxminən 73%-nə bərabərdir. Ötən il regionda 2,427 min donuz qeydə alınmışdı.
Region daxilində ən çox donuz Qax rayonundadır - 1,681 min baş. Bu göstərici illik müqayisədə 1,1% artıb.
Qəbələdə donuzların sayı 8,1% azalaraq 625 başa, Oğuzda isə 11,8% artaraq 95 başa çatıb.
Bakıda daha kəskin azalma qeydə alınıb. Paytaxtda donuzların sayı 460 başdan 197 başa düşüb ki, bu da 57,2% azalma deməkdir.
Gəncə-Daşkəsən iqtisadi rayonunda isə donuzların sayı 46 başdan 157 başa yüksəlib və 3,4 dəfə artıb.
Onlardan 105-i Daşkəsən, 37-si Goranboy, 15-i Göygöl rayonunda qeydə alınıb.
Quba-Xaçmaz iqtisadi rayonunda donuzların sayı 59,4% artaraq 32 başdan 51 başa çatıb. Bunun 32-si Siyəzən, 12-si Qusar, 7-si Şabran rayonunun payına düşüb.
Qazax-Tovuz iqtisadi rayonunda 79 donuz qeydə alınıb, ötən il onların sayı 74 olub. Bütün heyvanlar Gədəbəy rayonunda saxlanılır.
Dağlıq Şirvanda donuzların sayı demək olar dəyişməyərək 222 başdan 221 başa düşüb və hamısı İsmayıllı rayonunda qeydə alınıb.
Abşeron-Xızı iqtisadi rayonunda isə say 18-dən 15-ə enib və bütün donuzlar Xızı rayonunun payına düşüb.
Qarabağ iqtisadi rayonunda 25 donuz qeydə alınıb - 15-i Tərtər, 10-u Ağdərə rayonunda. Şərqi Zəngəzurda isə 100 donuzun hamısı Kəlbəcər rayonunda saxlanılır.
Mil-Muğan iqtisadi rayonunda 52 donuz qeydə alınıb, onlardan 50-si Beyləqan, ikisi Sabirabad rayonunun payına düşüb.
Gülnar Nazimqızı