ABŞ və Britaniya İrana qarşı sanksiyaları genişləndirib

20:20 | 18.04.2024
ABŞ və Britaniya İrana qarşı sanksiyaları genişləndirib

ABŞ və Britaniya İrana qarşı sanksiyaları genişləndirib

ABŞ İsrailə dron və raket hücumuna cavab olaraq İrana qarşı sanksiyaları genişləndirib.

APA xəbər verir ki, sanksiyalar siyahısına 16 fiziki və 2 hüquqi şəxs daxil edilib.

Onlar İranda PUA istehsalı ilə məşğul olan şirkətlər və şəxslərdir.

ABŞ-la yanaşı Böyük Britaniya da İrana qarşı sanksiyalar siyahısını genişləndirib.

Britaniya sanksiyalar siyahısına pilotsuz uçuş aparatları və ballistik raket sənayesi ilə məşğul olan İranın ümumilikdə 13 hərbi təşkilatını, fiziki və hüquqi şəxsləri daxil edib.

Sanksiya tətbiq olunan hərbi qurumlar arasında İran Silahlı Qüvvələrin Baş Qərargahı və SEPAH Hərbi Dəniz Qüvvələrinin olduğu bildirilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM