• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

"Abşeron" yatağında qaz hasilatının başlayacağı tarix açıqlandı

25.11.2022 18:14
2023-cü ildə Xəzər dənizindəki "Abşeron” yatağında qaz hasilatına başlanılması planlaşdırılır. Bunu Azərbaycan prezidenti İlham Əliyev bildirib. 

"Biz xarici neft şirkətləri ilə işi davam etdiririk, biz gələn il istifadəyə veriləcək mövcud və yeni yataqlardan, xüsusən də Abşeron qaz-kondensat yatağından qaz hasilatını artırmağı planlaşdırırıq", - Əliyev cümə günü "Orta dəhliz: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" beynəlxalq konfransında  çıxığı zamanı deyib. 

Onun sözlərinə görə, birinci mərhələdə Abşeronda hasilat ildə 1,5 milyard kubmetr təşkil edəcək.

"Abşeron” yatağının işlənməsi SOCAR Abşeron (50%) və TOTAL E&P Absheron (50%) tərəfindən yaradılmış Birgə Abşeron Petroleum Əməliyyat Şirkəti (JOCAP) tərəfindən həyata keçirilir. Müqavilə 30 il müddətinə imzalanıb. Müqavilə sahəsi 747 kv. km.

Abşeron bloku Bakıdan 100 km aralıda, 500 metr dərinlikdə yerləşir. 2019-cu ildə SOCAR və TOTAL şirkəti "Abşeron” yatağında dərinliyi 7411 metr olan "ABD-001” istismar-qiymətləndirmə quyusunda qazma işlərini başa çatdırıb. Yatağın ehtiyatları 350-360 milyard kubmetr qaz və 100 milyon ton kondensat təşkil edir və onun işlənməsi mərhələli şəkildə həyata keçiriləcək.

Birinci mərhələdə hasilatın həcmi ildə 1,5 milyard kubmetr təşkil edəcək. Layihə ən yüksək həddə ildə təxminən 5 milyard kubmetr qaz hasil edə bilər. Yataq həmçinin gündəlik təxminən 10 000 barel kondensat hasil edəcək.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:00
Azərbaycan nefti ucuzlaşıb
Yelo Bank əlilliyi olan uşaqlar və gənclər üçün inklüziv idman tədbiri keçirib
İqtisadiyyat 17:10
Yelo Bank əlilliyi olan uşaqlar və gənclər üçün inklüziv idman tədbiri keçirib
Bu il aktiv ƏDV ödəyicilərinin sayı 5 %-dən çox artıb
İqtisadiyyat 16:48
Bu il aktiv ƏDV ödəyicilərinin sayı 5 %-dən çox artıb
Əfqanıstan 18-ci İƏT sammitinin Kabildə keçirilməsini təklif edib
Siyasət 14:53
Əfqanıstan 18-ci İƏT sammitinin Kabildə keçirilməsini təklif edib
Ərdoğan İƏT Zirvəsində iştirak üçün Azərbaycana gəlib
Siyasət 12:21
Ərdoğan İƏT Zirvəsində iştirak üçün Azərbaycana gəlib
Partnyorlarda alış-veriş et, faizsiz taksitlə ödə!
İqtisadiyyat 10:52
Partnyorlarda alış-veriş et, faizsiz taksitlə ödə!

Dünya bazarlarında neft cüzi ucuzlaşıb
İqtisadiyyat 09:22
Dünya bazarlarında neft cüzi ucuzlaşıb
Avro və rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:15
Avro və rubl ucuzlaşıb - Məzənnə
Azərbaycanın dövlət büdcəsi 2025-ci ilin ilk yarısında planı üstələyib
İqtisadiyyat 10:34
Azərbaycanın dövlət büdcəsi 2025-ci ilin ilk yarısında planı üstələyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol