Ağdamda tikilən otel bu tarixdə açılacaq - Eksklüziv açıqlama

18:34 | 03.07.2024
Ağdamda tikilən otel bu tarixdə açılacaq - Eksklüziv açıqlama

Ağdamda tikilən otel bu tarixdə açılacaq - Eksklüziv açıqlama

Ağdamda "Hilton Garden Inn”  oteli 2025-ci ilin mayında açılacaq. Bunu anews.az-a açıqlamasında Abşeron Otel qrupun baş icraçı  direktoru Matt Balçik deyib.

"Qarabağda Abşeron otelə məxsus 3 otel var. Onlardan ikisi artıq Şuşada fəaliyyət göstərir. Şuşa otel və Yasmən otel. Hazırda Ağdamda  tikilən "Hilton Garden Inn” otelimiz gələn ilin mayında açılacaq",- Matt Balçik açıqlamasında bildirib.
 
Şuşa otelində qiymətlərin baha olmasına münasibət bildirən Balçik bildirib ki, bu otelin 5 ulduzlu olması ilə bağlı olan məsələdir.

"Şuşa oteli" Qarabağda olan yeganə 5 ulduzlu oteldir. Orada müştərilə bütün xidmətlər göstərilir. Qiymət aşağı olan otel və hostellər də mövcuddur. İnsanlar seçimi öz büdcəsinə və xidmətinə görə müəyyən edə bilir", - o əlavə edib.

İcraçı direktor Füzuli aeroportunun açılmasından sonra Şuşaya turist axının çox olacağını gözlədiyini açıqlayıb. 

"İndiki şərtlərdə Şuşada olan otellərdə daha çox dövlət rəsmilərinin tədbirləri keçirilir. Demək olar ki, oteldə boş yerimiz olmur. Füzuli aeroportunun açılmasından sonra Şuşaya çoxlu turistlərin gəlməsini gözləyirik",- o söyləyib. 

Matt Balçik vurğulayıb ki, gələcəkdə müştərilərin çox olacağı təqdirdə xarici turistlərə münasibətdə yerli turistlər üçün müəyyən güzəştlər düşünülə bilər.


Gülnar Nazimqızı



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb