Hazırda Ağdamda 66 binanın tikintisinə başlanılıb.
Ümumilikdə Ağdamda 11 kəndin təməli qoyulub.
Ötənilin dekabrın 12-də Qarabağ iqtisadi rayonunun xüsusi nümayəndəsi Emin Hüseynov mətbuata bildirib ki, proqram çərçivəsində 2026-ci ilə qədər Qarabağa 16 min ailənin köçürülməsi planlaşdırlıb.
Prezident İlham Əliyev ötən ilin oktyabrın 10-da Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, yaxın üç ildə Qarabağa Qayıdış proqramı çərçivəsində 100 min əhalinin azad olunmuş ərazilərə köçürülməsi nəzərdə tutulub.
Ağdamdan olan ən son görüntüləri diqqətinizə çatdırırıq.
Aytac Zeynalova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !