• $ 1.7
  • € 1.9741
  • ₽ 0.021739
  • ₺ 0.0429
  • £ 2.3146

Ağdərədə ermənilərə məxsus növbəti dayaq məntəqəsi aşkar edilib - Video

Ağdərədə ermənilərə məxsus növbəti dayaq məntəqəsi aşkar edilib - Video
26.03.2024 14:46
Azərbaycan Ordusu tərəfindən həyata keçirilən antiterror əməliyyatından sonra Qarabağ iqtisadi rayonunda əraziyə baxış zamanı Ermənistan silahlı qüvvələrinə məxsus növbəti tərk edilmiş dayaq məntəqəsi aşkar edilib.Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Ağdərə rayonu ərazisində meşəlik zonada yerləşən dayaq məntəqəsindən 1 ədəd T-72B tankı, 4 ədəd D-20 artilleriya qurğusu, artilleriya mərmisi ilə dolu 3 ədəd "Ural” və 1 ədəd "Kamaz” markalı hərbi avtomobil və xüsusi texnikalar təhlükəsizlik qaydalarına riayət olunmaqla ərazidən təxliyə edilib.

Aşkar edilmiş dayaq məntəqəsində mövcud olan atəş vasitələrinin 10 noyabr 2020-ci ildən sonra yaranmış təmas xəttindən dərində yerləşən Suqovuşan və ətrafdakı digər yaşayış məntəqələri istiqamətində tuşlanaraq yerləşdirilməsi onların Azərbaycana qarşı hərbi təxribatlarda tətbiq edilməsini əyani sübut edir.

Antiterror əməliyyatından sonra Qarabağ ərazisində hələ də tapılmaqda olan silah-surat və ağır hərbi texnikanın sayı onu göstərir ki, həmin ərazilər miqyasına görə nəinki regionun, hətta dünyanın ən hərbiləşdirilmiş zonalarından birinə çevrilib.

10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan sonra öz qoşunlarını Azərbaycan ərazisindən tam şəkildə çıxarmaq əvəzinə Ermənistan tərəfi xüsusilə 2020-ci ildən sonra istehsal edilmiş silah-sursatı, o cümlədən minaları qanunsuz yollarla Qarabağ iqtisadi rayonuna daşımış, 480 kilometrədək təmas xətti boyunca yeni minalanmış ərazilər, 500-dən artıq döyüş mövqeyi və möhkəmləndirilmiş uzunmüddətli atəş nöqtəsi, müxtəlif tipli artilleriya qurğuları üçün 350-dən artıq atəş mövqeyi, kəşfiyyat-müşahidə vasitələri quraşdırmış, həmçinin hücum əməliyyatlarını yerinə yetirə bilən hərbi qüvvələr cəmləşdirmişdir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri keçirilib
Siyasət 21:52
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri keçirilib
Aİ səfiri Rusiyada azərbaycanlılara qarşı zorakılıq hallarından narahatlığını bildirib
Siyasət 18:33
Aİ səfiri Rusiyada azərbaycanlılara qarşı zorakılıq hallarından narahatlığını bildirib
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Siyasət 18:05
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Ərdoğan Azərbaycana səfər edəcək
Siyasət 18:01
Ərdoğan Azərbaycana səfər edəcək
Azərbaycan səfiri Rusiya XİN-ə çağrılıb
Siyasət 17:34
Azərbaycan səfiri Rusiya XİN-ə çağrılıb
Bəylər Eyyubova yeni vəzifə verildiyi deyilir
Siyasət 16:48
Bəylər Eyyubova yeni vəzifə verildiyi deyilir
Prezident Fikrət Məmmədovla bağlı sərəncam imzalayıb
Siyasət 14:14
Prezident Fikrət Məmmədovla bağlı sərəncam imzalayıb
Sahibə Qafarova Xivədə Özbəkistan-Azərbaycan parlamentlərarası forumunda iştirak edəcək
Siyasət 12:44
Sahibə Qafarova Xivədə Özbəkistan-Azərbaycan parlamentlərarası forumunda iştirak edəcək
Deputat Rusiyada azərbaycanlıların saxlanılması ilə bağlı çağırış edib
Siyasət 16:50
Deputat Rusiyada azərbaycanlıların saxlanılması ilə bağlı çağırış edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol