ADR partiyası Rusiya səfirliyi önündə aksiya edib- CANLI

17:01 | 12.04.2022
ADR partiyası Rusiya səfirliyi önündə aksiya edib- CANLI

ADR partiyası Rusiya səfirliyi önündə aksiya edib- CANLI

Azərbaycan Demokratiya və Rifah Partiyasının üzvləri bu gün, aprelin 12-də Bakıda Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə qarşı etiraz aksiyası keçirib.

Aksiya Rusiyanın Bakıdakı səfirliyinin önündə planlaşdırılmışdı, lakin bir qədər aralıda baş tutub. 

Polis aksiya iştirakçılarının şüarlarını əllərindən alıb və aksiyanın icazəsiz olduğunu deyib.

Aksiya iştirakçıları "Ukraynada müharibəni dayandırın!", "Hərbi cinayətləri dayandırın!", "Buça və Ukraynanın digər yerlərində kütləvi qətllər törədən Rusiya hərbçiləri sülhməramlı ola bilməz!", "Rusiya ordusu Qarabağdan çıxarılmalıdır!" , "Buça, İrpin, Qostomel "20 Yanvar”, Xocalı soyqırımının davamıdır”, "İşğalçı ordu sükhməramlı ola bilməz” şüarları səsləndirib.

Bakı Şəhər İcra Hakimiyyəti ADRP-nin sözügedən piket niyyəti haqqında bildirişinə rədd cavabı vermişdi.

ADRP 2015-ci ildə hərəkat kimi yaradılıb. 2021-ci ildə təşkilat partiyaya çevrilib. Partiyaya iqtisadçı alim Qubad İbadoğlu sədrlik edir.



 
Ləman Qasımova


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti