• $
  • €
  • ₽
  • ₺
  • £

Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var

Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var
04.10.2026 11:55

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Suraxanı rayonu, Bahar qəsəbəsi ərazisində fərdi yaşayış evində uçqun baş verməsi barədə məlumat daxil olub.Bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, tikilməkdə olan fərdi yaşayış evində beton plitələrin uçması nəticəsində dağıntı altında qalanların olduğu müəyyən edilib.

Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə dağıntı altında qalaraq müxtəlif dərəcəli bədən xəsarətləri alan vətəndaş, 1966-cı il təvəllüdlü Xəlil Şərif oğlu Mehdiyevi sağ, digər vətəndaş, 1969-cu il təvəllüdlü Cəlil Şərif oğlu Mehdiyevin isə meyitini dağıntı altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Kapital Bank istiqraz yerləşdirməsi ilə xarici investor bazarına çıxışını genişləndirib
Cəmiyyət 12:01
Kapital Bank istiqraz yerləşdirməsi ilə xarici investor bazarına çıxışını genişləndirib
Dövlət büdcəsinin gəlirləri proqnozu 787,7 milyon manat üstələyib
Cəmiyyət 10:49
Dövlət büdcəsinin gəlirləri proqnozu 787,7 milyon manat üstələyib
Azərbaycanda bir gündə 52 cinayət qeydə alınıb
Cəmiyyət 10:25
Azərbaycanda bir gündə 52 cinayət qeydə alınıb
“Azeri Light” neftinin qiyməti 133,23 dollara yüksəlib
Cəmiyyət 09:54
“Azeri Light” neftinin qiyməti 133,23 dollara yüksəlib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:50
Bu ərazilərdə işıq olmayacaq
Türkiyəli generala Azərbaycanın hərbi əməkdaşlıq medalı təqdim olunub
Cəmiyyət 22:39
Türkiyəli generala Azərbaycanın hərbi əməkdaşlıq medalı təqdim olunub
Göygöldə 48 yaşlı kişinin meyiti tapılıb
Cəmiyyət 20:56
Göygöldə 48 yaşlı kişinin meyiti tapılıb
Cəbrayılda bir gündə ikinci mina partlayışı baş verib
Cəmiyyət 20:16
Cəbrayılda bir gündə ikinci mina partlayışı baş verib
Cəbrayılda mina partlayışında xəsarət alan şəxsin vəziyyəti ağırdır - Yenilənib
Cəmiyyət 18:30
Cəbrayılda mina partlayışında xəsarət alan şəxsin vəziyyəti ağırdır - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol