Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Premyer Liqanın XXI turunun oyunlarında baş verənlərlə bağlı qərarlar verilib.
"Qarabağ” – "Keşlə” matçının 60-cı dəqiqəsində meydan sahiblərinin futbolçusu Coşqun Diniyev və qonaqların üzvü Sezar Meza Kolli aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulublar. Komitə iki futbolçunu 3 oyunluq cəzalandırıb. Klublar 2400 manat cərimələnib.
Futbolçulara verilmiş 3 oyun cəzanın 1 oyunu şərti cəza kimi tətbiq edilir və 6 ay sınaq müddəti verilir. Sınaq müddəti ərzində yenidən cəzalanacaqları təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !