Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.ANN.Az-ın PFL-in rəsmi saytına istinadən yaydığı məlumata görə, İK Topaz Premyer Liqanın son turunda baş verən hadisələrlə bağlı aşağıdakı qərarlar verilib.XXII Topaz Premyer Liqasının XXIV turunun “Neftçi” – “Qarabağ” matçının 62-ci dəqiqəsində “Neftçi” klubunun futbolçusu Araz Abdullayevə aqressiv oyuna görə birbaşa qırmızı vərəqə göstərilib. Lakin matçın videoyazısını izlədikdə futbolçunun həmin epizodda rəqibə qarşı aqressiv oynamadığı və hakimin epizodu düzgün qiymətləndirmədiyi aşkar edilib. Bu səbəbdən də, İntizam Komitəsi Topaz Premyer Liqasının XXIV turu çərçivəsində baş tutan “Neftçi” – “Qarabağ” matçında “Neftçi” klubunun futbolçusu Araz Abdullayevə göstərilmiş qırmızı vərəqəni ləğv edib.Hakimlər Komitəsi matçın hakimləri haqqında lazımi ölçü götürüb İntizam Komitəsinə məlumat versin.Oyunun 1-ci dəqiqəsində “Qarabağ” klubunun, matçın 62-ci dəqiqəsində isə “Neftçi” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klublar 2000 manat cərimə olunub.Topaz Premyer Liqasının XXIV turunun “Bakı” – “Sumqayıt” matçının 60-cı dəqiqəsində “Sumqayıt” klubunun futbolçusu Nodar Məmmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimələnib.Topaz Premyer Liqasının XXIV turunun “Rəvan” – AZAL matçının 46-cı dəqiqəsində “Rəvan” klubunun futbolçusu Cəmşid Məhərrəmov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, kluba 200 manat cəza kəsilib.Oyunun 75-ci dəqiqəsində AZAL klubunun futbolçusu Joze Junior Ailton sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.Matçın 85-ci dəqiqəsində AZAL klubunun futbolçusu Viktor İqbekoyi idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimələnib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !