AFFA bu kluba xəbərdarlıq etdi

21:11 | 28.02.2018
AFFA bu kluba xəbərdarlıq etdi

AFFA bu kluba xəbərdarlıq etdi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.


Qaynarinfo Oxu.az-a istinadən xəbər verir ki, I divizionun XV turunun "Zaqatala” – "Mil-Muğan” matçında qonaq komandanın heyətində adı protokola qeyd olunmamış futbolçu Şahin Əliyev iştirak edib. Buna görə də İmişli komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib və klub 800 manat cərimə olunub.


Digər maraqlı məqam Region Liqada baş verib. "Şağan” (Bakı) – "Ümid Masallı” (Bakı) matçının 36-cı dəqiqəsində meydan sahibi komandanın futbolçusu Talıb Cabbarov təhqiredici ifadələr işlətdiyinə görə meydandan kənarlaşdırılıb. Bu üzdən o, üç oyunluq cəzalandırılıb. Həmçinin həmin dəqiqədə "Şağan”ın digər futbolçusu Namiq Salayev aqressiv davranış, hakimə qarşı fiziki təzyiq göstərdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 10 oyunluq cəzaya məhkum edilib.


İntizam Komitəsi "Şağan” klubunu daxili nizam-intizam qaydalarına riayyət etmələri haqqında xəbərdarlıq edib. Bu hal yenidən təkrarlanacağı təqdirdə klubu daha ağır cəza gözləyir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM