AFFA İntizam Komitəsinin bugünkü iclasında Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk görüşləri və Premyer Liqanın XXIII turunda baş vermiş hüquq pozuntuları ilə bağlı qərarlar qəbul olunub.
AzVision.az-ın məlumatına görə, qərarlarda bildirilir: Azərbaycan Kubokunun 1/2 final mərhələsinin "Qəbələ” – "Neftçi” matçının 68-ci dəqiqəsində "Qəbələ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunur (maddə 52).Oyunun 71-ci dəqiqəsində "Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunur (maddə 52).
Azərbaycan Kubokunun 1/2 final mərhələsinin "Keşlə” – "Sumqayıt” matçının 80-ci dəqiqəsində "Sumqayıt” klubunun baş məşqçisi Samir Abasov texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 800 manat cərimə olunur (maddə 62).
Topaz Premyer Liqasının XXIII turunun "Sumqayıt” – "Keşlə” matçının 81-ci dəqiqəsində "Keşlə” klubunun 22 №-li futbolçusu Məqsəd İsayev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Topaz Premyer Liqasının XXIII turunun "Qəbələ” – "Səbail” matçında "Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).
Topaz Premyer Liqasının XXIII turunun "Kəpəz” – "Qarabağ” matçında "Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).
Oyunun 37-ci dəqiqəsində "Kəpəz” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunur (maddə 52).
Topaz Premyer Liqasının XXIII turunun "Zirə” – "Neftçi” matçında "Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).
Oyunun 51-ci dəqiqəsində "Zirə” klubunun 18 №-li futbolçusu Yani Urdinov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Oyunun 85-ci dəqiqəsində "Zirə” klubunun baş məşqçisi Ayxan Abbasov texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 800 manat cərimə olunur(maddə 62). İntizam Komitəsinin 21 fevral 2018 - ci il 25 №-li protokoluna əsasən "Zirə” klubunun baş məşqçisi Ayxan Abbasova verilmiş 5 oyun cəzanın 3 oyunu şərti cəza kimi tətbiq edib və ona 6 ay sınaq müddəti vermişdir. Sınaq müddəti ərzində baş məşqçi yenidən cəzalandığına görə sanksiyanın növbəti hissəsi qüvvəyə minir.(maddə 33).
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !