Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Qol.Az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, iclasda Topaz Premyer Liqasının XXX turunun oyunlarında baş verən pozuntulara hüquqi qiymət verilib.“İnter” – “Neftçi” matçında meydan sahibi klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.“Bakı” – “Xəzər Lənkəran” matçının 62-ci dəqiqəsində qonaq komandanın futbolçusu Adrian Skarlataçe idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimələnib. Oyunun 90+2-ci dəqiqəsində “Bakı”nın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə edilib.Oyun başa çatdıqdan sonra “Xəzər Lənkəran” klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu hakimləri təhqir etdiyinə görə 5 oyunluq cəzalanıb, klub 5000 manat cərimə olunub. “Qarabağ” – “Rəvan” matçının 89-cu dəqiqəsində “Rəvan”ın futbolçusu Orxan Lalayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub. “Qəbələ” – AZAL matçında AZAL klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə edilib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !