AFFA millinin baş məşqçisi ilə yolları ayırdı

19:30 | 21.06.2022
AFFA millinin baş məşqçisi ilə yolları ayırdı

AFFA millinin baş məşqçisi ilə yolları ayırdı

Azərbaycan Futbol Federasiyası Assosiyasiyası (AFFA) 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Milan Obradoviçlə yolları ayırıb. Bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Məlumata görə, onun  müqavilə müddəti başa çatdığı bildirilib.  Mütəxəssislə müqaviləni yeniləməyən Azərbaycan Futbol Federasiyaları Assosiasiyası Milan Obradoviçə U-21 milli komandasında fəaliyyətinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Azərbaycan U-21 milli komandasının baş məşqçisi vəzifəsinə təyinatla bağlı əlavə məlumat veriləcəyi vurğulanıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti