Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
AzVision.az-ın məlumatına görə, yığıncaqda Azərbaycan Premyer Liqasının XVIII turunda baş verənlər müzakirə olunub.
"Qəbələ” ilə səfər matçında 4 futbolçusu sarı vərəqə ilə cəzalanan "Neftçi” 800 manat cərimə olunub. Oyunun 83-cü dəqiqəsində sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılan Yusif Nəbiyev 1 matçlıq kənarlaşdırılıb. Futbolçusunun cəzalanması "Qəbələ”nin 200 manat cərimələnməsi ilə nəticələnib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !