• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

AFFA-nın İcraiyyə Komitəsinin qərarları açıqlandı

AFFA-nın İcraiyyə Komitəsinin qərarları açıqlandı
18.06.2020 12:55
Bu gün AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib. 

Anews.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iclasda AFFA-nın prezidenti Rövnəq Abdullayev, icraçı vitse-prezident Elxan Məmmədov, vitse-prezidentlər Rauf Əliyev, Elşad Nəsirov, Vaqif Sadıqov, İcraiyyə Komitəsinin digər üzvləri – Kazbek Tuayev, İsgəndər Cavadov, Elmar Məmmədyarov, Mahir Məmmədov, Firudin Qurbanov, Zaur Axundov və Könül Mehtiyeva, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, İctimai Futbol Təşkilatları İctimai Birliyinin prezidenti Elxan Tağızadə və AFFA-nın baş həkimi Vyaçeslav Xomenko iştirak edib.

Koronavirus pandemiyası ilə əlaqədar qeyri-müəyyən müddətə təxirə salınmış, iyunun 21-də bərpa olunması nəzərdə tutulan Azərbaycan Premyer Liqasının oyunlarının davam etdirilib-etdirilməməsi ilə bağlı məsələnin müzakirə olunduğu iclasda PFL-in prezidenti Ramin Musayev və AFFA-nın baş həkimi Vyaçeslav Xomenko çıxış ediblər. Ardınca İcraiyyə Komitəsinin bütün üzvləri qeyd olunan məsələ haqqında fikirlərini səsləndiriblər. Aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

COVID-19 qlobal pandemiyası ilə əlaqədar yaranmış mövcud vəziyyət, infeksiyanın yoluxma statisitikasının yüksəlməsi, ölkə ərazisində karantin rejiminin 2020-ci il iyulun 1-dək uzadılması ilə bağlı klubların məşq keçməsi üçün vaxt azlığı, klubların ehtimal olunan maliyyə çətinliyi, pandemiya dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi müvafiq qərarlar və verilən tövsiyələr və ən əsası, futbolçuların, məşqçilərin və Azərbaycan Premyer Liqasında oyunların təşkilində bu və ya digər şəkildə iştirak edən şəxslərin sağlamlığının qorunması nəzərə alınaraq, 2019/2020-ci il mövsümü üçün Azərbaycan Premyer Liqası dayandırılsın. Mövsümün qalibi və UEFA-nın klub yarışlarında iştirak edəcək komandalar hazırkı turnir cədvəlinə uyğun olaraq müəyyənləşdirilsin (12 səs lehinə, 1 səs əleyhinə).

2020/2021-ci il mövsümündə ölkədaxili futbol yarışlarının keçirilməsi və milli komandaların təlim-məşq toplanışları üçün təqvim planının hazırlanması məqsədilə İşçi Qrup yaradılsın.

COVID-19 qlobal pandemiyası ilə əlaqədar cari lisenziyalaşdırma mövsümündə klublara müvafiq maddi cərimələrin tətbiq olunmaması ilə bağlı AFFA rəhbərliyi tərəfindən irəli sürülən təklif qəbul olunsun.

2019/2020-ci il mövsümündə iştirak edən heç bir komanda Azərbaycan Premyer Liqasını tərk etməsin.

Qeyd edək ki, koronavirus pandemiyası ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi müvafiq qərarlara və tövsiyələrə riayət etməklə klublar məşqlərini davam etdirə bilər.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu yollar “Formula 1”ə görə bağlanır
İdman 14:29
Bu yollar “Formula 1”ə görə bağlanır
Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib - FOTOLAR
İdman 00:30
Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib - FOTOLAR
Azərbaycanlı idmançı Rusiyada həbs olunub
İdman 16:07
Azərbaycanlı idmançı Rusiyada həbs olunub
Azad edilmiş ərazilərdə yeni idman kompleksləri tikiləcək- PREZİDENT
İdman 14:16
Azad edilmiş ərazilərdə yeni idman kompleksləri tikiləcək- PREZİDENT
Bölgələrdə açıq havada idman meydançaları salınacaq - Prezident
İdman 13:45
Bölgələrdə açıq havada idman meydançaları salınacaq - Prezident
Argentina yarımfinala çıxdı  - YENILƏNİR
İdman 02:01
Argentina yarımfinala çıxdı - YENILƏNİR
Xorvatiya yarımfinala çıxıb - YENİLƏNİB+FOTOLAR
İdman 21:43
Xorvatiya yarımfinala çıxıb - YENİLƏNİB+FOTOLAR
Futbol üzrə Azərbaycan millisi Slovakiya yığması ilə qarşılaşıb
İdman 13:00
Futbol üzrə Azərbaycan millisi Slovakiya yığması ilə qarşılaşıb
İdman 06:55
"Qarabağ" "Viktoriya"ya 2-1 uduzdu və Çempionlar Liqasından çıxdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol