AFFA "Qarabağ" və "Sumqayıt" klublarını cərimələyib

23:00 | 01.04.2022
AFFA

AFFA "Qarabağ" və "Sumqayıt" klublarını cərimələyib

AFFA İntizam Komitəsi "Sumqayıt" və "Qarabağ" klublarını cərimələyib.
 
Buna komandaların Premyer Liqanın XX tur oyunlarındakı intizamsızlığı səbəb olub.
 
"Gənclik şəhəri" təmsilçisinin 4 futbolçusu "Keşlə" ilə, "Qarabağ"ın eyni sayda oyunçusu isə "Zirə" ilə səfər matçlarında sarı vərəqə ilə cəzalandırıldıqları üçün klublar 800 manat cərimə olunub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti