Bu gün AFFA İntizam Komitəsi növbəti iclasını keçirib və bir sıra qərarlar çıxarıb.
Anews.az onlardan maraqlı olanlarını təqdim edir.
Premyer Liqanın XIX turunun "Kəpəz” – "Qəbələ” matçı başa çatdıqdan sonra qonaqlar stadion ərazisini tərk edərkən yerli azarkeşlər tərəfindən klubun avtobusunun şüşəsi sındırılıb. "Kəpəz” klubu qonaq komandanın təhlükəsizliyini tam təmin etmədiyinə görə dörd min manat cərimə olunur. "Qəbələ” klubunun dəymiş ziyana uyğun olaraq təqdim edəcəyi məbləğ "Kəpəz” klubu tərəfindən ödənilməlidir.
Region Liqasının Sabirabadda keçirilən "Gənclik” – "Füzuli” matçı ilə bağlı isə gözlənilən qərar çıxarılıb. Oyunun 90+1-ci dəqiqəsində "Gənclik” klubunun azarkeşləri meydançaya daxil olduqları üçün matç yarımçıq dayandırılıb. Oyun tam başa çatmadığına görə Sabirabad klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.
Oyunun 90+1 ci dəqiqəsində "Gəncliy”in futbolçusu Amid Zeynalov aqressiv davranışa, hakimə qarşı fiziki təsir göstərdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 10 oyunluq cəzalandırılıb.
Meydan sahiblərinin digər futbolçuları – Elman İsgəndərov və Fərid Ağabəyli hakimi təhqir etdiylərinə görə meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçuya dörd oyunluq cəza verilib. Həmçinin "Gənclik” klubuna xəbardarlıq olunub. Bu hal yenidən təkrarlanacağı təqdirdə klub daha ağır cəzalanacaq.
Futzal üzrə Azərbaycan çempionatının "Yasamal” – "İtaldizayn” matçının 32-ci dəqiqəsində şirkət komandasının futbolçusu Asif Zeynalov rəqibi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb. Həmin dəqiqədə "Yasamal”ın rəhbəri Orxan Allahverdiyev texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün bir oyunluq cəzalandırılıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !