• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

AÇG və “Şahdəniz”dən indiyədək nə qədər qaz hasil olunub?- RƏSMİ

AÇG və “Şahdəniz”dən indiyədək nə qədər qaz hasil olunub?- RƏSMİ
12.09.2023 16:11
 2023-cü il sentyabrın 1-də "Azəri-Çıraq-Günəşli” (AÇG) və "Şahdəniz” yataqlarından 412,3 milyard kubmetr qaz hasil edilib. Bu barədə Energetika Nazirliyindən verilən məlumatda bildirilib.

Bu dövrdə AÇG-dən 212 milyard kubmetr, "Şahdəniz”dən isə 200,3 milyard kubmetr qaz hasil edilib. "Şahdəniz” yatağından hasil edilən qazın 141,5 milyard kubmetrə yaxını ixraca nəql edilib.

Cari ilin səkkiz ayında Azərbaycanda 32,2 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 8,6 milyard kubmetri AÇG-dən, 17,6 milyard kubmetri "Şahdəniz”dən, 0,2 milyard kubmetri "Abşeron”dan, 5,8 milyard kubmetri SOCAR üzrə hasil olunub.

"Ötən ilin müvafiq dövrünə nisbətən 5 faiz, yəni 1,5 milyard kubmetr artımla qaz hasil edilib”, - məlumatda vurğulanır.

Bildirilir ki, hesabat dövründə xaricə qaz satışı 15,8 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz çoxdur. Cari ilin yanvar-avqust aylarında Avropaya 7,6 milyard kubmetr, Türkiyəyə 6,7 milyard kubmetr, Gürcüstana isə 1,5 milyard kubmetr qaz satılıb. Bu müddətdə Türkiyəyə TANAP-la 3,8 milyard kubmetr qaz nəql olunub.
 
2023-cü il avqustun 1-dən  AÇG-dən hasil edilən neftin 618,4 milyon tonu ixrac edilib.

ARDNF-nin Azərbaycanın AÇG yataqlar blokundan əldə etdiyi mənfəət neftinin satışından əldə etdiyi gəlir 3 milyard 328 milyon dollar (31,3% aşağı düşüb) təşkil edib.
 
15 dekabr 2006-cı il tarixində baş vermiş ilk hasilat yatağın işlənməsinin 1-ci mərhələsinin başlanğıcı idi. O vaxtdan bəri "Şahdəniz” Mərhələ-1 qazı uğurla və etibarlı şəkildə Azərbaycan, Gürcüstan və Türkiyə bazarlarına çatdırılır.

"Şahdəniz” yatağının işlənməsinin növbəti mühüm mərhələsi 2018-ci ildən, yəni "Şahdəniz-2” layihəsindən Türkiyəyə ilk kommersiya qaz həcmləri nəqlinin başlandığı və iyulun sonunda "Şahdəniz Bravo” platformasından ilk qaz hasilatının əldə olunduğu ildən istismardadır.
 
"Şahdəniz” yatağının işlənməsi üzrə müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və həmin il oktyabrın 17-də Milli Məclis tərəfindən ratifikasiya edilib. Tərəflərin müqavilədə iştirak payı hazırda aşağıdakı kimidir: bp (operator - 29,99%), LUKOIL (19,99%), TPAO (19%), NICO (10%) və Cenub Qaz Dehlizi QSC (21,02%)
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:34
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
Xəzər ölkələri yeni lokomotivə çevrilir - TƏHLİL
İqtisadiyyat 07:30
Xəzər ölkələri yeni lokomotivə çevrilir - TƏHLİL
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:00
Azərbaycan nefti ucuzlaşıb
Yelo Bank əlilliyi olan uşaqlar və gənclər üçün inklüziv idman tədbiri keçirib
İqtisadiyyat 17:10
Yelo Bank əlilliyi olan uşaqlar və gənclər üçün inklüziv idman tədbiri keçirib
Bu il aktiv ƏDV ödəyicilərinin sayı 5 %-dən çox artıb
İqtisadiyyat 16:48
Bu il aktiv ƏDV ödəyicilərinin sayı 5 %-dən çox artıb
Əfqanıstan 18-ci İƏT sammitinin Kabildə keçirilməsini təklif edib
Siyasət 14:53
Əfqanıstan 18-ci İƏT sammitinin Kabildə keçirilməsini təklif edib
Ərdoğan İƏT Zirvəsində iştirak üçün Azərbaycana gəlib
Siyasət 12:21
Ərdoğan İƏT Zirvəsində iştirak üçün Azərbaycana gəlib
Partnyorlarda alış-veriş et, faizsiz taksitlə ödə!
İqtisadiyyat 10:52
Partnyorlarda alış-veriş et, faizsiz taksitlə ödə!

Dünya bazarlarında neft cüzi ucuzlaşıb
İqtisadiyyat 09:22
Dünya bazarlarında neft cüzi ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol