Avropa Parlamentinin üzvləri Qarabağdakı vəziyyətlə əlaqədar Avropa İttifaqını Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnamə qəbul ediblər. Bu barədə RİA Novosti xəbər verir.
Sənəddə qeyd olunur ki, Qarabağda "çoxsaylı atəşkəs pozuntularına və insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıyan” Azərbaycan hökumətindəki şəxslərə qarşı sanksiyalar tətbiq etməyə çağırır.
Avropa Parlamenti həmçinin Brüssel və Bakı arasında əməkdaşlığın inkişafına yenidən baxmağa və Azərbaycan qazının idxalından asılılığı azaltmağa çağırıb.
Qətnaməni 491 deputat dəstəkləyib, 9 deputat əleyhinə səs verib, 36 deputat isə bitərəf qalıb.
Bu qətnamə hüquqi qüvvəyə malik deyil.
Deputat Elman Nəsirov bildirib ki, Avropa Parlamenti dəfələrlə anti-Azərbaycan mövqeyi ortaya qoyub, 30 illik işğal dövründə bir dəfə də olsun Ermənistanın işğalını tənqid edən, yalnız bununla kifayətlənməyib Ermənistana qarşı müəyyən təziq, təsir mexanizimlərini, sanksiyaları özündə ehtiva edən bir addım atmayıb.
"Qarabağda baş verən son hadisələr ilə bağlı avropalı parlamentalilər yaman yuxularına haram qatıb. Onların bir qismi açıq şəkildə Avropa İttifaqını Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə məcbur etmək istəyirlər”, - deputat deyib.
Nəsirov hesab edir ki, bu addımların heç bir perspektivi yoxdur.
"İstənilən Azərbaycana qarşı Avropa İttifaqının sanksiyalara çağırış etməsi və bu istiqamətdə qətnamə qəbul etməsi heç bir azərbaycanlı qarşısında öhdəlik yaratmır, heç bir hüquqi qüvvəyə malik deyil. Bunun əsas səbəbi onunla bağlıdır ki, ilk olaraq Azərbaycan Avropa İttifaqının üzvü deyil. Buna görə də onun qarşısında heç bir ödəlik daşımır”, - o söyləyib.
Deputat qeyd edib ki, Avropa İttifaqının Azərbaycan əleyhinə qətnamə qəbul etməsi özü perspektivsizdir, çünki Avropa İttifaqının 9 dövləti ilə Azərbaycanın strateji tərəfdaşlıq münasibətləri var.
"Onu da unutmayaq ki, Rusiya Ukrayna müharibəsi reallığında Avropa İttifaqı ölkələrinin Azərbaycan qazına olan tələbatı kəskin şəkildə artıb. Onlar özünün enerji təhlükəsizliyinin təminatında Azərbaycana yeni, yeganə və alternativ mənbə kimi baxırlar. Eyni zamanda Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ənənəvi olmaqla yanaşı qeyri-ənənəvi, yəni yaşıl enerji sahəsində əməkdaşlığın əsasları formalaşmağa başlayıb. Bu bir daha onu təsdiq edir ki, Avropa İttifaqı ölkələri oturduğu ağacın budağını heç vaxt kəsməzlər, yəni Azərbaycan əleyhinə hər hansı bir qətnamə qəbul etməsi, sanksiyalar tətbiq etməsi mümkünsüz görünür”, - Nəsirov vurğulayıb.
Onun sözlərinə görə, Avropa İttifaqı ilə Azərbaycan arasındakı əməkdaşlıq çox böyükdür, buna görə onlar özlərinin böyük maraqları cılız erməni maraqlarının güdazına getməz.
"Avropa Parlamentinin vitse prezidenti səviyyəsində korrupsiya faktları üzə çıxdı, bu parlament üçün üz qarasıdır, biyabırçılıqdır. Hazırda da eyni yol ilə gedirlər. Bütün bu reallıqları nəzərə alıb söyləmək olar ki, Avropa Parlementi hansı qərar qəbul etməsindən asılı olmayaraq bunun bizim üçün heç bir əhəmiyyəti yoxdur, sadəcə bir kağız parçasıdır və heç bir hüquqi gücü yoxdur. Avropa İttifaqını Azərbaycan əleyhinə döndərmək istədikləri bu çirkin niyyətləri reallaşma əmsalı sıfıra bərabərdir”, - deputat əlavə edib.
Oktyabrın 5-də ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Ben Kardin bildirib ki, Vaşinqton Qarabağ hadisələri ilə bağlı Bakıya hərbi yardım göstərməyi dayandırmalıdır.
Bundan əvvəl Kanada müxalifəti və Avropa İttifaqının 60 deputatı Qarabağda baş verən son proseslərə görə Azərbaycanı ittiham edərək ölkəyə qarşı sanksiyaların qoyulmasını təklif edib.
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov sentyabrın 20-də XİN-də keçirilən brifində deyib ki, Azərbaycan əlehinə çağırışlar edən beynəlxalq təşkilatlar qıcıqlandırıcı fikirlərdən yayınmalıdır.
Sentyabrın 28-də Qarabağda qondarma rejimin "prezidenti" Samvel Şahramanyan 2024-cü il yanvarın 1-dən separatçı rejimin ləğv olunması ilə bağlı qərar qəbul edib. Əhaliyə Bakının təklif etdiyi reinteqrasiya şərtlərini nəzərdən keçirmək və qalma imkanları ilə bağlı öz qərarını vermək tapşırılıb.
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov sentyabrın 20-də XİN-də keçirilən brifində deyib ki, Azərbaycan əlehinə çağırışlar edən beynəlxalq təşkilatlar qıcıqlandırıcı fikirlərdən yayınmalıdır.
Sentyabrın 28-də Qarabağda qondarma rejimin "prezidenti" Samvel Şahramanyan 2024-cü il yanvarın 1-dən separatçı rejimin ləğv olunması ilə bağlı qərar qəbul edib. Əhaliyə Bakının təklif etdiyi reinteqrasiya şərtlərini nəzərdən keçirmək və qalma imkanları ilə bağlı öz qərarını vermək tapşırılıb.
Gülnar Nazimqızı
Aygün Mirakif
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !