Aİ Ermənistana yeni müşahidə missiyası göndərmək niyyətindədir

11:23 | 17.01.2023
Aİ Ermənistana yeni müşahidə missiyası göndərmək niyyətindədir

Aİ Ermənistana yeni müşahidə missiyası göndərmək niyyətindədir

Avropa İttifaqı bir aydan sonra Ermənistana bu dəfə iki ay deyil, ən azı iki il müddətinə yeni müşahidə missiyası göndərmək niyyətindədir. Bu barədə "Azatutyun” radiosu xəbər verib.


Qeyd olunur ki, ötən həftə bu layihə Avropa Şurasının Siyasət və Təhlükəsizlik Komitəsi tərəfindən qəbul edilib, dünən müşahidə missiyalarında iştirak edən əsas struktur olan Anti-Böhran İdarəetməsinin Mülki Məsələlər Komitəsi tərəfindən təsdiq edilib.
 
Ötən ilin oktyabrında Ermənistan-Azərbaycan sərhədində yerləşdirilən 40 nəfərlik qrupdan fərqli olaraq, bu dəfə avropalı müşahidəçilər Ermənistanın bütün ərazisini patrul edəcək. Əvvəlki missiyada olduğu kimi və bu dəfə də silahsız olacaqlar.

Nə qədər müşahidəçinin gələcəyi hələ rəsmi olaraq açıqlanmayıb. Bununla belə, KİV-in məlumatına görə, yeni missiyaya təxminən iki yüz avropalı daxil olacaq.
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM