• $
  • €
  • ₽
  • ₺
  • £

İran prezidentinin Bakıya səfəri gözlənilir- Gözləntilər

İran prezidentinin Bakıya səfəri gözlənilir- Gözləntilər
07.04.2025 13:39

İran prezidenti Məsud Pezeşkianın Bakıya səfəri gözlənilir. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi jurnalistlərə açıqlamasında deyib. 

"Prezidentin Bakıya səfəri də gündəmdədir və biz azərbaycanlı həmkarlarımızla vaxt və detalları müzakirə edirik", - sözçü bildirib. 

Bəqayi Azərbaycana səfir təyin edilməsi məsələsinə də diqqət çəkərək prosesin bu yaxınlarda yekunlaşacağını açıqlayıb. 

Beynəxalq məsələlər üzrə şərhçi Əziz Əlibəyli bildirir ki, Pezeşkianın Azərbaycana gəlişinin birinci səbəbi münasibətləri ən yüksək səviyyəyə çatdırmaqdır.

"Məsud  Pezeşkianın səfərinin bir neçə səbəbləri ola bilər. Birinci səbəbi münasibətləri ən yüksək səviyyəyə çatdırmaqdır. İkinci səbəb Qarabağ müharibəsindən sonra yaranmış anti-İran düşüncəsini azaltmaq istəyidir. Onun son dövlərdə Azərbaycan dilində danışıqları, Urmiya məsələsi və bu konteksdə digər məsələlər Azərbaycana yaxın olmaq istəyidir.  Kənardan elə görünür ki, İranda hakimiyyət daxili mübarizə gedir. Bu Azərbaycanlı şəxs kimi mübarizənin bir tərəfidir. Yanaşmasında dəstək hiss olunur. Amma əslində qətiyyən belə deyil. O da iran hakimiyyətinin başqa loyal bir üzüdür. Əsl məqsədi İran hakimiyyətindən qopmuş ayrıseçkiliyi təmin etməkdir.  Hakimiyyətə daha yaxın olmaq istəyir. Azərbaycana gəliş səbəilə bunu etməyə çalışacaq. İranla Azərbaycan arasında iqtisadi münasibətlər heç vaxt arxa plana keçməyib. Hətta siyasi gərginliklər olanda da, terror düzənlənəndə belə iqtisadi münasibətlər dayanmayıb. Bundan başqa təbii ki Qarabağ müharibəsindən sonra İran Cənubi Qafqazda mövqelər çox pis şəkildə sarsılıb. Onu bərpa etməyə çalışır",- Əziz Əliyev vutğulayıb.

Gülnar 

 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol