Ai-nin bü gün keçirilən iclasında Ermənistan və Azərbaycan münasibətlərinə yer ayrılacaq

12:29 | 20.07.2023
Ai-nin bü gün keçirilən iclasında Ermənistan və Azərbaycan münasibətlərinə yer ayrılacaq

Ai-nin bü gün keçirilən iclasında Ermənistan və Azərbaycan münasibətlərinə yer ayrılacaq

İyulun 20-də Avropa İttifaqının Xarici Əlaqələr Şurasının Brüsseldə keçiriləcək iclasının gündəliyində  "qısa olaraq Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması səylərinə, o cümlədən Avropa İttifaqı Şurasının prezidenti Çarlz Mişelin fəaliyyətinə toxunmaq” planlaşdırılır. Bu barədə Ermənistan mətbuatı yazıb. 
 
Bildirilib ki, gündəliyin əsas məsələsi Ukrayna hadisələri ilə bağlı vəziyyətin müzakirəsidir. Qısaca olaraq Azərbaycan və Ermənistan münasibətlərinin normallaşmasının səylərinə də toxunulacaq. 
 
Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar 2020-ci ilin noyabrında üçtərəfli bəyanat ilə dayandırılıb. Bəyanatdan sonra Rusiya sülhməramlıları 5 il müddətində Qarabağa müvəqqəti sülhməramlı kimi yerləşdirilib. Hazırda sülhməramlıların fəliyyətinin 2 il yarımı bitib. Bu dövrdən sonra Azərbaycan Ermənistanla  bir çox rəsmi görüşlər keçirib. Hazırda sülh müqaviləsi üzərində danışıq prosesləri gedir. 
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM