Aİ-nin xüsusi nümayəndəsi Bakıya gəlir

17:00 | 25.01.2018
Aİ-nin xüsusi nümayəndəsi Bakıya gəlir

Aİ-nin xüsusi nümayəndəsi Bakıya gəlir

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Toivo Klaar fevral ayında Bakıya səfər edəcək.

Bu barədə Trend-ə Avropa İttifaqının mətbuat xidmətindən məlumat verilib. Səfərin dəqiq tarixi hələ müəyyənləşdirilməyib.

Məlumata görə, səfər çərçivəsində T.Klaar bir neçə mühüm görüşlər keçirəcək.

Qeyd edək ki, T.Klaar noyabrın 13-də Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı məsələləri üzrə xüsusi nümayəndəsi təyin olunub.

Bu vəzifəyə təyin olunmamışdan öncə T.Klaar Aİ-nin Gürcüstanda müşahidəçilər missiyasının rəhbəri postunu tutub.

Xatırladaq ki, bundan öncə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber olub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM