Xalq artisti sistem altında olduğunu bildirib. Təəssüf ki, danışmaqda çətinlik çəkdiyi üçün müalicəsi ilə bağlı ətraflı məlumat ala bilmədik.
Qeyd edək ki, Könül Xasıyeva 1968-ci il mart ayının 17-də Şəkidə anadan olub. 1981-1986-cı illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində xalq artisti Şövkət Ələkbərovanın tələbəsi olub. 1986-1991-ci illərdə təhsil alıb-məzun olduğu Azərbaycan Dövlət Konservatoriyasında (indiki Musiqi Akademiyası) xalq artisti Arif Babayevin tələbəsi olub. Xanəndə onurğa iflicindən əziyyət çəkir və hazırda müalicə alır. Aparıcı Hacı Nuran Hüseynovun "Həyat" Xeyriyyə Fondu muğam ifaçısının müalicəsinə dəstək olur.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !